Qalatasarayda gözlənilməz ayrılıq Klub funksioneri postundan ayrıldı
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin "Qalatasaray" klubunda gözlənilməz ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı "X" sosial şəbəkə hesabı üzərindən tanınmış jurnalist Burhan Can Terzi yayıb.
Xəbərə görə, İstanbul təmsilçisinin beynəlxalq əlaqələr və skautluq departamentinin rəhbəri Frensis Kaqiqao Türkiyə nəhəngindən ayrılıb.
Artıq onun yeni iş yeri də bəllidir. İspan mütəxəssis Rusiyaya gedərək yerli klubda işə başlayıb. Onun Moskva "Spartak"ının yeni idman direktoru təyin olduğu bildirilir.
Kaqiqao 2019-cu ildən 2020-ci ilə qədər "Arsenal"ın baş skautu vəzifəsində çalışıb. 2021-2022-ci illərdə isə o, Çili millisində idman direktoru vəzifəsində çalışıb. İspaniyalı 2023-cü ilin yayından "Qalatasaray"da beynəlxalq əlaqələr və skautluq şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Mirağa
Baxış sayı:66
Bu xəbər 25 Dekabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















