Qalatasaraydan Barselona ya 30 milyonluq təklif FOTO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qış transfer pəncərəsini çox aktiv keçirən Qalatasaray dünyanın ən perspektivli gənc yarımmüdafiəçilərindən biri hesab olunan 18 yaşlı Mark Bernal üçün rəsmi addım atıb. İspaniya mətbuatının yazdığına görə, İstanbul klubu bu transfer üçün rekord məbləğləri gözə alıb.
Milli.Az xəbər verir ki, Barselonaya rəsmi olaraq 30 milyon avro təklif edilib.
Futbolçunun özünə hazırda Barselonada qazandığı məvacibin 3 qatı təklif olunub.
Mark Bernal "La Masia" (Barselona akademiyası) məhsuludur və müasir futbolun ən yaxşı "6 nömrə" (dayaq yarımmüdafiəçisi) namizədlərindən biri hesab olunur.
Bu mövsüm Barselona forması ilə 18 oyuna çıxaraq 1 qol və 1 asistlə yadda qalıb.
Qalatasarayın bu cəlbedici təklifinə baxmayaraq, hələlik müsbət nəticə alınmayıb:
Bernalın Kataloniya klubu ilə 2029-cu ilə qədər müqaviləsi var.
Barselonanın gənc oyunçunu dərhal buraxmaq istəmədiyi, Qalatasarayın isə yay transfer dövründə yenidən hücuma keçəcəyi vurğulanır.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 Fevral 2026 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















