Icma.az
close
up
RU
Qalatasarayın əfsanəsi Okan Buruk haqda nələr dedi?

Qalatasarayın əfsanəsi Okan Buruk haqda nələr dedi?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

''Qalatasaray'' tarixinə damğa vurmuş isimlərin başında gələn və Türkiyə çempionatında çıxış etmiş ən güclü legionerlərdən biri hesab olunan George Haci klubun aylıq jurnalına açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, indiyə qədər də ''Cim-Bom'' tarixinin ən məhsuldar əcnəbi futbolçusu statusunda olan əfsanəvi rumıniyalı vaxtilə komanda yoldaşı olmuş Okan Burukun gördüyü işlərdən və başqa məqamlardan danışıb:

''1996-2000-ci illərdə ''Qalatasaray''da o qədər böyük təcrübələr topladıq ki, əslində həmin heyətdə olan hər futbolçu məşqçi ola bilərdi. Hər birimiz futbola böyük hörmətlə yanaşan peşəkarlar idik. Futbolu çox sevirdik. Həyatımızı bu idmana həsr etdik. Okan Buruk da bizdən biri idi. Özünü bu işə həsr etdi və məşqçiliyi də çox sevir. Ən altdan başlayaraq tədricən böyüdü və çox güclü bir səviyyəyə yüksəldi. Ona görə də indi ''Qalatasaray''ın başında mühüm işlər görür. Mən ''Qalatasaray''a gəlmədən iki il öncə fanatların necə çılğın olduqlarını öz gözümlə görmək fürsəti yaxalamışdım. O vaxt ''Barselona''da oynayırdım və Çempionlar Liqasında səfərdə ''Qalatasaray''a qarşı oyunumuz var idi. Baş məşqçi Yohan Kroyff idi. Zədəli olduğum üçün meydana çıxa bilmədim. Amma Kroyff son ana qədər də mənim oynaya biləcəyimə inanırdı. Ona görə də komanda ilə birlikdə İstanbula yollanmışdım. Transfer üçün İstanbula ayaq basdığım gündən 2001-in mayına, yəni Türkiyədən ayrıldığım günə qədər bu seçimimə görə bir saniyə də olsun peşmanlıq duymadım. Bu klubda hər baxımdan əla zaman keçirdim. 1996-cı ildə Terimin ''Qalatasaray''a gəlməsi və daha sonra məni də ora dəvət etməsi ilə birlikdə klubun tarixi dəyişdi. Həmin heyət Türkiyə futboluna da böyük fayda verdi. DÇ-2022-də bürünc medalları qazanan Türkiyənin heyətində 23 futbolçudan 12-si ''Qalatasaray''lı idi. Çünki komanda inanılmaz səviyyəyə çatmışdı və futbolçuların da çox böyük təcrübəsi var idi''.


ƏLİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Yanvar 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri