Icma.az
close
up
RU
“Qalatasaray”ın formasına görə tənqid edilən Elşad Miri: “Hansısa şeyxlərin qarşısında əlpəncə dayananlardan deyiləm...”

“Qalatasaray”ın formasına görə tənqid edilən Elşad Miri: “Hansısa şeyxlərin qarşısında əlpəncə dayananlardan deyiləm...”

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlahiyyatçı Elşad Miri “Qalatasaray” futbol klubuna məxsus köynəkdə şəkil paylaşdığı üçün tənqid edilməsinə, bölücü adlandırılmasına münasibət bildirib.

İlahiyyatçı Pravda.az-a açıqlamasında deyib ki, futbol azarkeşi deyil, futbolu vaxt itkisi olaraq qəbul edir: “Lakin bəzi klubların oyunlarının qısa xülasəsinə baxıram. Konkret olaraq heç bir futbol komandasının tərəfini tutrmuram. Sadəcə, pərəstiş etdiklərim var. Hazırda da bir çox futbol klubunun baş məşqçisi olan dostlarım var. Sadəcə, mənə qarşı qərəzli davrananlar tərəfindən onların hədəf seçilməməsi üçün bunları nümayiş etdirmirəm. Futbol kimi oyunların böyük kütlələr üçün bir oyun olduğunu fikirləşirəm. Əsasən də kişilərin bu sahəyə istiqamətləndirilmələri sanki təbiətlərində mövcud olan döyüşkənliyi futbol kimi oyunlarla söndürmək məqsədi daşıyır. Həm də bir futbolçunun ömrünü elmə həsr edən alimlərdən çox qazanmasını ədalətsizlik kimi qəbul edirəm. Təəssüflənirəm ki, fiziki güc hələ də beyin gücünün önünə keçir. Konkret olaraq “Qalatasaray” formasına gəldikdə isə deyim ki, bu, özəl forma idi. Çünki üzərində komandanın baş məşqçisinin və digər bütün oyunçuların şəxsən imzaladıqları forma idi. Bu forma klub rəhbərliyinin şəxsimə özəl hədiyyəsi idi. Mən də bu dəyərli hədiyyəni GS-ın fanatı olan dəyərli dostuma hədiyyə etdim. Hətta onun zarafatla bu hədiyyənin atasının ömrünü 15 il gəncləşdirəcəyini deməsi məni də çox sevindirdi. Başqasını sevindirməyin çox böyük sevinc olduğuna inanıram. Mənə “Trabzon” və ya “Barcelona” futbol komandalarının bu cür hədiyyəsi olsaydı, onlarla da şəkil çəkdirərdim. İlahiyyatçının bu cür hərəkətini bölücülük hesab edənlər unudurlar ki, əksinə, mən insanları məzhəblərə bölünməməyə, firqələrə ayrılmamağa, təriqətçilik salmamağa səsləyərək bizi birləşdirən dəyər olan “Qurani-Kərim”ə dəvət edirəm. Bu məsələdə yeganə dinşünas olduğumu da təəssüflənərək deyirəm. Çünki məzhəb nümayəndələri məzhəblərə etiraz edən “İslamda Yoxdur” adlı kitabımı qadağan edənlərdir. Bir də bu şəkillə həm şəkil çəkdirməyin haram olmadığını, həm də müsəlmana məxsus hansısa əba, əmmamə kimi bir uniformanın da olduğunu göstərmək istədim. Çünki mən əmmaməlilərin qarşısında əyilib, əl öpənlərdən olmadığım kimi, hansısa şeyxlərin qarşısında əlpəncə dayananlardan da deyiləm...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see140

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see133

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri