Icma.az
close
up
RU
Qalatasarayın futbolçusunun son vəziyyəti açıqlandı

Qalatasarayın futbolçusunun son vəziyyəti açıqlandı

"Qalatasaray"ın Türkiyə Super Liqasının XIV turunda "Eyüpspor"la oyunda zədələnən futbolçusu Abdülkərim Bardakcının vəziyyətinin nə yerdə olduğu açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı İstanbul təmsilçisinin rəsmi saytı yayıb.

30 yaşlı müdafiəçinin sol topuğunun burxulduğu və həmin nahiyəyə maye yığıldığı bildirilib.

Yerli mətbuat isə Türkiyə millisinin üzvünün təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağını vurğulayıb.

Qeyd edək ki, "Qalatasaray" - "Eyüpspor" qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.

Nihat

seeBaxış sayı:75
embedMənbə:https://fanat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri