“Qalatasaray”ın istədiyi futbolçu “İnter”ə üstünlük verir
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Liverpul”un futbolçusu Körtis Consun gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.
Teleqraf “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə “Qalatasaray” və “İnter” maraqlanır.
İngiltərə millisinin üzvü daha çox oyun praktikası qazanmaq istəyir. Bu səbəbdən onun mövsümün sonunda “Liverpul”dan ayrılmaq variantını nəzərdən keçirdiyi bildirilir.
İddialara əsasən, Cons “Qalatasaray”ın marağına baxmayaraq, karyerasını İtaliyada davam etdirməyə daha isti yanaşır. Futbolçunun “İnter” layihəsinə üstünlük verdiyi qeyd olunur.
“Liverpul”un yarımmüdafiəçi üçün 30 milyon avrodan çox transfer haqqı tələb etdiyi bildirilir. “İnter”in təklifinin isə hələlik 20 milyon avro səviyyəsində olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 30 May 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















