“Qalatasaray”ın keçmiş ulduzu 45 yaşında karyerasını bitirdi
Yaponiya millisinin və "Qalatasaray"ın keçmiş futbolçusu Dzyuniti İnamoto karyerasını bitirib.
Bakıvaxtı.az xəbər verir ki, 45 yaşında futbola vidalaşan oyunçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.
"Qalatasaray"ın heyətində 2006/2007 mövsümündə çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu olub. İstanbul klubunda o, 34 matçda 1 qol vurub.
Futbolçunun son klubu isə ölkəsinin "Nankatsu" klubu olub./Milli.az
Baxış sayı:68
Mənbə:https://bakivaxti.az