Icma.az
close
up
RU
“Qalatasaray”ın sabiq başqan vəkili saxlanıldı superliqa matçının nəticəsi əvvəlcədən müəyyənləşdirilib?

“Qalatasaray”ın sabiq başqan vəkili saxlanıldı superliqa matçının nəticəsi əvvəlcədən müəyyənləşdirilib?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Narkotiklərdən istifadə və dövriyyəyə buraxılması əleyhinə əməliyyat zamanı “Fənərbaxça” prezidenti Sadəttin Saranın iki dəfə saxlanılaraq ifadə verməsinin və sərbəst buraxılmasının ardından futbolda pul qoyuluşu qalmaqalında da yeni olaylar yaşandı.

"Football-plus.az" xəbər verir ki, 14-ü futbolçu olmaqla daha 29 şəxsin saxlanılması ilə bağlı qərar verildi. 29 nəfərdən 24-ü saxlanılaraq ədliyyəyə gətirildi. Enes Baratan adlı şəxs zatən başqa bir olay üzündən həbsxanada olduğundan onun saxlanılmasına ehtiyac qalmadı. 4 nəfərin isə ölkə xaricində olduğu müəyyənləşdi və onların da yaxalama çalışmaları davam etdirilir.
Bu dəfə saxlanılanlar arasında ən diqqətçəkən şəxs, heç şübhəsiz, Ərdən Timurdu. 44 yaşlı iş adamı “Qalatasaray”ın sabiq başqan vəkilidi. O, 2022-24-cü illərdə İstanbul nəhəngində çalışmış və fanatların sevimlisinə çevrilmişdi. Mauro İkardi başda olmaqla bir çox ulduzun transferində önəmli rol oynayan Timur kluba həm də mühüm sponsorlar qazandırmışdı.
Onunla bağlı iddialara gəlincə, Timur hansısa oyunun nəticəsinə təsir göstərməkdə və ya oyun satmaqda günahlandırılmır. İddialara inansaq, onun bank hesablarına qaynağı bukmekerlər olan şübhəli pullar yatırılıb. Timur bəzi əməliyyatlar edərək pulun qaynağını gizlətməyə çalışıb. Eləcə də onun maliyyə durumu ilə bağlı başqa şübhələr mövcuddu. Bundan başqa, superliqa təmsilçisi “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız da saxlanılanlar arasındadı.
Daha öncə bu klubun prezidenti Murat Özkaya həbs olunmuşdu.
Bu arada İstanbul Cümhuriyyət Prokurorluğunun son saxlanılanlarla bağlı rəsmi açıqlamasında qeyd olunan bir qarşılaşma diqqət çəkir. Özü də söhbət aşağı liqa oyunlarından yox, superliqa matçından, daha dəqiqi, ötən il oktyabrın 26-da keçirilən “Kasımpaşa” – “Samsunspor” oyunundan gedir.
Saxlanılanlardan 6-sı bu matçın nəticəsinə əvvəlcədən təsir göstərməkdə günahlandırılır! Həmin oyunda “Samsunspor” ilk yarıda iki penalti qaçırmış və “Kasımpaşa” fasiləyə minimal üstünlüklə yollanmışdı. 67-ci dəqiqəyə qədər hesabda geridə olan Samsun təmsilçisi matçın son bölümündə dirçələrək 4 qol vurmuş və 4:1 hesablı qələbə qazanmışdı.
Jurnalist Murat Ağırel daha öncə bu oyunla bağlı çox diqqətçəkən iddialar səsləndirmişdi. O, bir nəfərin “Kasımpaşa” ilk yarını öndə tamamlayacaq, oyunu “Samsunspor” qazanacaq” mərcinə ciddi pul qoyuluşu etdiyini açıqlamışdı. Həmin şəxs əmsalı 34,5 olan bu mərcə 50 min lirə yatırmış və 1 milyon 725 min lirə qazanc əldə etmişdi! Eyni mərcə daha 238 nəfərin də pul qoyuluşu etdiyi məlum olmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Yanvar 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri