Qalatasarayın ulduzu türkiyəli sevgilisindən yenə ayrıldı
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
''Qalatasaray''ın ulduzları tək performansları ilə yox, şəxsi həyatları ilə də gündəm olmaqda davam edirlər.
Mauro İkardi ilə Vanda Nara arasında yaşanan qalmaqal hər kəsə bəllidi. İndi də ''Cim-Bom''un digər təcrübəli futbolçusu Lukas Torreyra diqqət mərkəzinə düşüb. Təcrübəli uruqvaylı futbolçu ilə Devrim Özkanın münasibətləri ikinci dəfə başa çatıb.
Torreyra ilə Türkiyənin tanınmış aktrisalarından olan Özkan yanvarda da ayrılmış və 8 aylıq fasilədən sonra avqustda barışmışdı. 26 yaşlı Özkan tez-tez ''Qalatasaray''ın ev oyunlarını ziyarət edirdi. Ötən ay isə yığma fasiləsində 28 Torreyra Özkanı öz doğma məmləkətinə aparmış, Uruqvayın görkəmli yerlərində gəzdirmiş, üstəlik valideynləri ilə də tanış etmişdi.
Özkan tez-tez sosial şəbəkələrdə Torreyra ya romantik statuslar, şəkillər həsr edirdi. Onların hətta yaxın zamanda evlənəcəyi gözlənildiyi bir vaxtda hər şey yenidən məhv oldu. İkili bir andaca sosial şəbəkələrdə birlikdə yer aldıqları bütün şəkilləri sildilər!
''Qalatasaray'' fanatları Devrim Özkana etirazlarını bildirdilər. Onların fikrincə, şəxsi həyatındakı bu eniş-yoxuş komandanın əsas futbolçularından olan Torreyranın performansına da təsir edə bilər. Ayrıldıqdan sonra ikili hələ ki, heç bir açıqlama verməyib. Torreyra dünən məşqdən çıxarkən jurnalistlərin israrlı sualları qarşısında yalnız bunları dedi:
''Ayrılmağımızın doğru və ya yanlış olması sizi maraqlandırmasın, bu mövzuda mənə heç bir sual verməyin''.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















