Icma.az
close
up
RU
Qalib Bayramov məhkəmədə ifadə verdi

Qalib Bayramov məhkəmədə ifadə verdi

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Globalinfo.az bildirir ki, Oxu Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qalib Bayramov sərbəst ifadə verib.

“Mən heç bir siyasi prosesdə iştirak etməmişəm. Sadəcə Azərbaycanın Avropa prinsiplərinə uyğun olaraq iştirak etdiyi “açıq hökumət” təşəbbüsü proqramında aktiv iştirak etmişəm. Azərbaycan hökuməti bu təşəbbüsə qoşulan ilk və aparıcı ölkələrdən biri olub. Mən “Korrupsiyaya qarşı mübarizə” İctimai Birliyində birbaşa iştirak etməmişəm. Lakin könüllü fəaliyyətim mövcud olub. Təşkil etdiyim tədbirlərdə dövlət qurumlarının nümayəndələri, Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da iştirak ediblər. Bununla bağlı internetdə olan videolardan da açıq-aydın görünür. Tədbirlərimi Əliməmməd Nuriyevin ofisində təşkil etmişəm”, – deyə o bildirib.

Qrantlarla bağlı Qalib Bayramov bildirib ki, bütün proses qanunvericiliyin tələblərinə uyğun keçirilib:

“Aldığımız qrantlarla əlaqədar müqavilələrimiz və sənədlərimiz də mövcuddur. Həmin müqavilələr yeni qrant haqqında qanunun qəbulundan öncə baş verdiyi üçün əvvəlki qanunla tənzimlənirdi. Yeni qanundan sonra mən nə Azərbaycandan, nə də digər ölkələrin buradakı nümayəndələrindən qrant almışam. Yalnız tenderlərdə iştirak etmişəm”.

Təqsirləndirilən ona qarşı irəli sürülən qanunsuz qrant alma ittihamlarını isə belə cavablandırıb:

“Mənim gördüyüm işi həmin dövrdə digərləri də görürdülər. Lakin məsuliyyətə yalnız mən cəlb edilmişəm. Bunu ona görə demirəm ki, digərlərini də cəlb edəsiniz. Sadəcə özümü aydın olmayıb”.

Vaxt məhdudiyyəti ilə əlaqədar o, ifadəsinə növbəti prosesdə davam edəcək. Proses yanvarın 21-də keçiriləcək.

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri