Qalibaf ABŞ maliyyə nazirini yalan danışmaqda ittiham edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın maliyyə naziri Skott Bessentin son iki həftə ərzində Hörmüz boğazından 130 milyon barel neft keçirildiyi barədə açıqlamasına reaksiya verib.
APA xəbər verir ki, Qalibaf Bessenti “yalançı” adlandıraraq bu rəqəmin həqiqəti əks etdirmədiyini bildirib.
“ABŞ Maliyyə Naziri son 14 gündə Hörmüz boğazından 130 milyon barel neft çıxardıqlarını deyəndə yalan danışır”, - Qalibaf deyib.
Qalibaf qeyd edib ki, ABŞ 130 milyon rəqəmi əvəzinə ABŞ-ın İranla müharibəyə çəkdiyi 130 milyard dollarlıq xərclərə və ABŞ şirkətinin neft bazarında 130 milyon dollardan çox zərər etməsinə baxmaq lazımdır.
O, həmçinin ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsini Vaşinqtonun maliyyə siyasətinin uğursuzluğunun göstəricisi kimi təqdim edib.
Qeyd edək ki, burada istiqrazların gəlirliliyinin yüksəlməsi onların qiymətinin düşməsi və investorların ABŞ dövlət borcunu saxlamaq üçün daha yüksək faiz tələb etməsi deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 31 Avqust 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















