Qalibaf: İran ordusu atəşkəs dövründə gücünü bərpa edib
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranda səfərdə olan Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirlə görüşdə bildirib.
Qalibaf qeyd edib ki, İran Silahlı Qüvvələri atəşkəs dövründə elə şəkildə güclənib və yenidən təşkilatlanıb ki, əgər müharibə yenidən başlayarsa, bunun ABŞ üçün nəticələri daha dağıdıcı olacaq.
İran rəsmisi çıxışında ölkəsinin müdafiə imkanlarının əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb. Bununla yanaşı, o, regionda təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyinə də diqqət çəkib.
Pakistan ordusunun komandanı Asim Munir Tehrana cümə günü axşam saatlarında İran və ABŞ arasında vasitəçilik missiyası çərçivəsində gəlib. İranın IRNA agentliyi bildirib ki, İslamabadın səyləri tərəflər arasındakı mövcud fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib.
Bununla belə, İran mediası qeyd edir ki, feldmarşal Munirin səfəri hələlik Tehran və Vaşinqton arasında ilkin şərtlər əsasında hər hansı razılığın əldə olunması anlamına gəlmir.
Qeyd edək ki, son dövrdə İran və ABŞ arasında münasibətlər nüvə proqramı, regional təhlükəsizlik və qarşılıqlı ittihamlar fonunda gərgin olaraq qalır. Pakistan isə bölgədə diplomatik balansın qorunması məqsədilə tərəflər arasında dialoqu təşviq etməyə çalışır.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 23 May 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















