Qaliblər 14 çəkidə bəlli olacaq
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yanvarın 15-i Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, yarışda qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Birincilikdə Bakının 30-dan çox müxtəlif klub, cəmiyyət və idman təşkilatından 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq. Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış müvafiq yaş qrupu üzrə ölkə birinciliyinə seçim xarakteri daşıyır.
Qeyd edək ki, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 13 Yanvar 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















