Icma.az
close
up
RU
Qaliblərin də, məğlubların da ünvanı məlumdur

Qaliblərin də, məğlubların da ünvanı məlumdur

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təmsil olunduğum Milli Məclisin iclas zalı bir çox tarixi hadisələrə, xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı taleyüklü müzakirələrə şahidlik edib.Təəssüf ki, onların sırasında hüquq və ədalət anlayışını gözdən salan, bir ovuc uğursuzun şəxsi maraqlarına xidmət edən qərarlar da yer alıb.

Heydər Əliyev fenomeninə görə prezident seçkilərində yaş senzinin tətbiq olunması və yuxarı yaş həddinin 65 yaşla məhdudlaşdırılması siyasi nadanların cahil və qorxaq qərarlarından yalnız biri idi. Xaricdəki ağalarının və onların ölkəmizdəki əlaltılarının tapşırığı ilə Milli Məclisin iclas zalında ayaqlarını yerə döyə-döyə Ulu Öndərə qarşı çirkin qarayaxma kampaniyası aparanlar sonradan Heydər Əliyevi elə həmin salonda ayaqüstə alqışla qarşıladılar. Ona görə yox ki, rəzil davranışlarından utanıb mövqelərini dəyişmişdilər, ona görə ki, yaltaqlıq bu cür nadanların yeganə “əqidə” meyarı idi. 

Xalqımız artıq yaxşı bilir ki, sözdə demokratiyadan, haqq və ədalətdən dəm vuran AXC-Müsavat iqtidarının bir çox təmsilçisi yaş qadağasının və rəzil siyasi şouların təşkilatçısı və iştirakçısı idilər. Cəmi bir il iqtidarda qala bilən AXC-Müsavat hakimiyyəti elə zənn edirdi ki, xalqın səbri tükənməzdir. Siyasi müştəbehlik səbəbindən elə düşünürdülər ki, Azərbaycana yaşatdıqları faciələrə baxmayaraq, xalqımız onları bağışlayacaq və sonsuzadək dözəcək. Çünki insanlarımıza yaşatdıqları məğlubiyyətin və ümidsizlik acısının nə qədər dərin olduğunun fərqində deyildilər.

Davamlı şəkildə qəbul etdikləri səbatsız qərarları və çəkingən addımları ilə göstərdilər ki, dövlət idarəçiliyinin yükünü və ağır məsuliyyətini daşımağa qadir deyillər. Ona görə də çox qısa müddətdə həm reallıq hissini, həm də vətəndaş etimadını itirdilər. Hələ də etiraf etmirlər ki, məcburi köçkünlüyün və acı məğlubiyyətimizin baiskarı elə özlərinin səriştəsiz idarəçiliyi və boş mənəm-mənəmlik iddiaları olub.

AXC-Müsavat iqtidarının bağışlanılmaz səhvləri və təqsiri ucbatından Azərbaycan nəinki vətəndaş müharibəsi, müstəqil dövlət kimi subyektliyini də itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqımız yaşamağa məhkum edildiyi məhrumiyyətlərin miqyasına baxmayaraq, ilk növbədə, bədxahlarımıza göstərdi ki, ölkəmizdə hakimiyyətin yeganə mənbəyi xalqdır.

Məhz Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də ağır ictimai-siyasi və hərbi mirasın məsuliyyətini öz çiyinlərinə götürdü. Ulu Öndər ibrətamiz nəsihətlərindən birində deyirdi ki, “Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Bu gün tarix artıq hər şeyi öz yerinə qoyub: qaliblərin də, məğlubların da ünvanı məlumdur, hər kəs haqq etdiyi yerdə dayanır!   

Cənab İlham Əliyev iki il əvvəl Milli Məclisdə keçirilən andiçmə mərasimində bəyan etdi ki, “Bizim ailəmiz Türk dünyasıdır”. Hər kəs, xüsusilə bədxahlarımız bilməlidir ki, bu, bir şüar deyil, bu, əqidə və dəyər seçimidir! Beş il əvvəl qardaş Türkiyə ilə müttəfiqlik haqqında tarixi Şuşa Bəyannaməsinin məhz iyunun 15-də - Milli Qurtuluş Günündə  imzalanması həmin bəyanatın yalnız dəyərlər seçimi ilə bağlı olduğunun əyani sübutudur.

Bu seçim sarsılmazdır, çünki onun da təməlində müstəqilliyimizin və milli maraqlarımızın qorunmasına, güclü və qalib dövlət quruculuğuna xidmət edən Ulu Öndərin bənzərsiz siyasi irsi dayanır. Türkiyənin sabiq Baş naziri mərhum Bülənd Ecevitin Heydər Əliyev şəxsiyyəti ilə bağlı dediyi bu fikirlər də Ulu Öndərin Türk dünyasında oynadığı tarixi rolun səmimi etirafıdır: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin Xilaskar imzası ilə Prezident İlham Əliyevin Müzəffər imzasının yanaşı dayanması bir daha sübut edir ki, bu yol xalqımızın və müstəqil Azərbaycanın yeganə uğur yoludur! Elə buna görə, Heydər Əliyev yalnız dahilərə xas olan uzaqgörənliklə deyirdi: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Ülvi Quliyev,                                                                                 

Milli Məclisin deputatı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri