Icma.az
close
up
RU
Qalıcı sülh iradəsinin ehtişamı

Qalıcı sülh iradəsinin ehtişamı

Icma.az bildirir, Bizimyol portalına istinadən.

"Biz nə doxsanların yoxsul və xaotik toplumuyuq, nə də ikiminlərin "neft xalqı". Biz iki min iyirmilərin qalib döyüş nizamıyıq".

(B. H.)

Bu yaxınlarda Çində İkinci Dünya Müharibəsindəki qələbənin 80 illiyinə həsr olunmuş zirvə toplantısı və hərbi parad keçirilirdi. Bir nəfər sosial mediada həmin parad haqqında belə bir cümlə qurmuşdu: "Çin özünü elə göstərir ki, elə bil Yaponiyanın 2 aya işğal etdiyi ölkə olmayıb".

Bəli, Çin Yaponiyanın 2 aya işğal etdiyi o ölkə olub. Ancaq indi Çin artıq o ölkə deyil.

Ölkələrə keçmişə görə qiymət vermək doğru deyil, hətta bu günə görə də qiymət vermə. Sabaha görə qiymət ver. Bir zaman Yaponiyanın iki aya işğal etdiyi Çin hazırda dünyanın ikinci böyük gücüdür. Hətta ayrı-ayrı parametrlərə görə, birinciliyə gəlib çatıb.

Bizim də torpaqlarımız işğal olunmuşdu; uzun müddət - otuz il işğal altında qaldı. Ancaq rəqibin əsas yanlışı otuz il sonrakı Azərbaycanı görə bilməməsi idi. Rəqib bizi otuz il əvvəlki kimi bildi. Ancaq bilmirdi ki, əslində özü otuz il əvvəldə qalıb.

Vaxt çox mühüm resursdur. Otuz il vaxt, əlbəttə, uzundur və bu üzdən: "Qələbəmiz otuz il gecikdi" deyə də bilərik. Ancaq biz müharibə etmədən sülh istəyirdik. Rəqib isə bizə sülhə məcbuetmədən başqa yol qoymadı.

...Müharibə döyüş nizamlarının qanlı toqquşmasıdır, sülh - dinc nəsillərin müdrik səmimiyyətlə qucaqlaşmasıdır.

Bu anlamda bir gerçək də var: 2020-ci ilin o 44 günü təkcə müharibə demək deyildi, bu, sülhə vadaretmə əməliyyatı idi. Şəhidlər də, sadəcə, həyatını müharibədə dəyişənlər deyildi, həyatını sülhə dəyişənlərdir. Buna görə şəhidlik bizə təkcə hərbi qələbə qürurunu bəxş etməyib, həm də qələbədən sonrakı dinc həyat fürsətini qazandırıb. Ona görə də şəhidlərə və qazilərə, bütün əsgər və zabitlərimizə minnətdarlıq borcumuz var.

Döyüş meydanındakı qələbədən sonra artıq bir neçə dəfə hərbi parad keçirmişik. Buna kimsə əzələ nümayişi - güc göstərişi, kimsə də zəfər yubileyinin təntənəsi kimi baxdı. Parad müharibəyə hazırlaşmaq deyil, müharibəyə hazır olmaq deməkdir. Ancaq parad hər şeydən əvvəl sülh istəyinin güc dilindəki ifadəsidir.

Bilirsiniz, hərb - gücün dili, diplomatiya isə dilin gücüdür. Parad - hərbin güc diplomatiyasındakı önəmli alətdir; ağıllı və qalıcı sülh iradəsinin ehtişamıdır. Sonuncu hərbi parad da bu fəlsəfəyə söykəkli keçdi. Hərbi gücün dinc niyyətli nümayişi kimi.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

P.S. Bu dəfəki paradın ən maraqlı nüanslardan üçünü vurğulamaq istərdim: paraddın bu dəfə bir yox, iki fəxri qonağı var idi: Türkiyə prezidenti ilə yanaşı Pakistanın baş naziri də gəlmişdi. Bu, bir. İkincisi, Türkiyə ilə yanaşl bu dəfə Pakistandan da parad heyəti gəlmişdi. Üçüncüsü, bu paradda silahlanmaya yeni alınmış yeni silahlar da vardı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri