Icma.az
close
up
RU
Qalma Müşfiqin yanında, təhlükəlidir!

Qalma Müşfiqin yanında, təhlükəlidir!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Müğənni Türkanın “Qal, sənə qurban” mahnısını təəssüf ki, dörd ay sonra dinləməli oldum və bu mahnıya çəkilən klipi izlədim.

Çox təəssüf etdim. Ona görə ki, bu mahnıya münasibət bildirməkdə dörd ay gecikmişəm. Vaxtında bu mahnı haqqında sözümü deməyim mənim bir azərbaycanlı, həm də jurnalist kimi borcum idi. Deməsək, axı özümüz yanacağıq. Deməsək, bir də gözümüzü açanda görəcəyik ki, milli-mənəvi dəyərlərimiz əlimizdən elə uçub gedib ki, yerində heç nə qalmayıb.

Bayağı mahnılar yəqin ona görə qarşıma gec-gec çıxır ki, onlara nifrət edir və elə bu səbəbdən də maraqlanmıram. Sağ olsun, bu mahnını mənə göstərən bir gənc qızımız. İnanın, dinlədikcə və tamaşa etdikcə, az qaldı, bağrım çatlasın. Dedim, Allah, mən nə eşidirəm, nə görürəm?..

Gözəl və dəyərli müğənnilərimizin ifasında illərdir, səslənən, səsləndikcə də qəlbləri fəth edən bu mahnı bu dəfə “remiks” formasına salınıb. Yəni dövrün “yeniliyinə” tuş gəlib. Yaxşı, nə etməli, tuş gəlib də. Sonra nə baş verir? Sonra vaxtilə bizim melodiya üzərində yazılmış türk mahnısı daxil olur araya: “onda, bunda, sundadır, şunda, bunda, ondadır. Mavi boncuk kimdeyse, benim gözüm ondadır”.

Buyurun, yarı Azərbaycan yarı türk dilində yeni bir mahnı dinləyirik: bayağı, aidiyyatsız. Dinləməyinə dinləyək. Elələri var ki, bunu elə bəyənib ki, yerdən göyəcən. Bəyənsinlər ey, nə deyə bilərik? Hər kəsin öz zövqü var.

Lakin bəyənən, bəyənməyən, mahnını dinləməyi özünə rəva bilən, bilməyən hər kəsə belə bir sual verim, başı çıxan, bu məsələni anlayan mənə izah etsin görək, bu müğənni nə üçün təhlükə zəncirinin içərisinə düşüb klipdə? Yoxsa bu da onun repressiya illərini öz aləmində təsvir etməsidir?

Yox, əgər, bu, başqa bir mənanı özündə ehtiva edirsə, deyin biz də bilək. Nə üçün müğənni “sarı təhlükə” içərisindədir? Bu təhlükənin içərisində isə “Sən Müşfiqin yanında qalginən, sənə qurban, istərsən bu canımı alginən, sənə qurban” deyir.

Görəsən bu ideya kimin təxəyyülünün məhsuludur? Qəribə fikirləşib, qəribə tapıb... Eynilə bugünkü sosial şəbəkə və “şoubiznes” bayağılıqları ilə ayaqlaşan bir ideyadır, deyilmi?

Vallah, “Tarixi-nadir”i yarıyadək oxumuşam misalı olmasın, axı bu məsələnin nə olduğunu anlaya bilmədim? Anlayan varsa, mahnı ilə bu təhlükənin nə aidiyyatı olduğundan başı çıxan varsa, bizə də desin. Əslində isə indiki dövrdə belə “reytinqciklər” yığmağa çalışan müğənnilərdən bundan başqa nə isə gözləmək olarmı?

Çox təəssüf edirəm ki, bizim görkəmli şairimizin yazdığı, adının çəkildiyi bir mahnı bu cür “müasirliyə” məruz qalıb və ona belə bir bayağı “klipcik” çəkilib. Çox təəssüf...

Bəli, qalmayın Müşfiqin yanında: bu, Müşfiq üçün təhlükəlidir, ona görə ki, onu belə bayağı ifa edirsiniz. Özünüz üçün təhlükəlidir, ona görə ki, bax, beləcə biabır olursunuz.

Qulaq asdıqca mahnıya, deyirəm ki, ay Müşfiq, sənin əgər bir az taleyin, bəxtin olsaydı, yaşayardın bu dünyada, görərdin dünyanın gözəlliklərini, bu həyatdan doyardın. Heyf səndən ki, ədalətinlə, xalqını müstəqil, xoşbəxt görmək arzusu ilə özünü 30 yaşlarında puç etdin. Nə sevgindən doydun, nə övlad sahibi oldun. Nakam yaşadın bu həyatı. Heyf səndən.

Nələr yazıb qoyub getdin... Hər biri bir ürək döyüntüsü, hər biri poeziyamızın şah əsəri. Hər birindən o qanlı-qadalı illərin qoxusu gəlir. Nakam talenin, ayrılığın, yar həsrətinin, dünyadan incikliyin qəmgin notlarına köklənib hər biri.

Elə bir poeziya qoyub getmisən ki, indi gənclər o şerlərlə bir-birinin ürəyini, qəlbini bəzəyir. Sən qəlblərin şairisən, şeirlərinin hər misrası, hər bəndi bir insan zəkasının nəyə qadir olduğundan xəbər verir. İllərdir, dillərdə, nəğmələrdəsən. Səni müğənni, xanəndələrimiz elə ifa ediblər ki, hər dəfə qulaq asanda o an yenidən sənin repressiya qurbanı olduğunu, nakam taleyini xatırlamışıq, yanmışıq.

Baxın, görün, bizim bu gözəllikdə mahnılarımızı nə günə qoyurlar? Ay insanlar, niyə susursunuz, münasibət bildirin, sabah gec olacaq. Gündə bir dəyərimizi itiririk. Sabah isə, bax, bu müğənnilər oxuyacaq ki, “əllərim boş-boş”... Onlara nə var ki, sadəcə oxuyacaqlar, əlləri boş qalan isə bizlər olacağıq.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri