Qalmaqala səbəb olan radar nişanı ilə bağlı qərar verildi VİDEO KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Böyükşor-Pirşağı avtomobil yolunda yol nişanlarının düzgün yerləşdirilməməsi sürücülərin narazılığına səbəb olub.
KONKRET.az oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülər bu mövzuda müzakirələrə yol açıb.
Qeyd olunub ki, yolda radar barədə məlumatlandırma nişanı tələb olunan məsafədə deyil, birbaşa stasionar radarın altında quraşdırılıb.
“Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə əsasən isə radar nişanı yaşayış məntəqələrində 50-200 metr, yaşayış məntəqələrindən kənarda isə 150-1000 metr məsafədə – radardan əvvəl yerləşdirilməlidir. Lakin qeyd olunan yolda bu nişan stasionar radarın təxminən 10 metrliyində quraşdırılıb”, – deyə şikayətdə vurğulanır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə işlər aidiyyəti qurumlarla razılaşdırılmış layihə üzrə müqavilə əsasında həyata keçirilib: “Layihə üzrə nişanlar da qeyd olunmuş nöqtələr üzrə yerləşdirilib. Radar qurğusu daha sonra aidiyyəti qurum tərəfindən quraşdırılıb. Hazırda qanunvericiliyə uyğun olaraq həmin nişanın yerinin dəyişdirilməsi üçün danışıqlar aparılır. Onu da əlavə edək ki, yolboyu nəzərdə tutulmuş sürət həddi saatda 90 km olaraq müəyyənləşdirilib”.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:55
Baxış sayı:55 Bu xəbər 31 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















