Icma.az
close
up
RU
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edilib

Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edilib

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı olmuş Nazim Məmmədovun mərhum qardaşının ailə üzvləri külli miqdarda dələduzluqla üzləşiblər.

Hurriyyet.az xəbər verir ki, generalın mərhum qardaşı Malik Məmmədovun xanımı aldadılıb.

Əvvəlcə xatırladaq ki, Malik Məmmədov da uzun illər FHN-də vəzifə tutub. O, FHN-də Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olub. Malik Məmmədov 2018-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib.

General Nazim Məmmədov isə Dövlət Gömrük Komitəsində sədr müavini olub. Son olaraq fövqəladə hallar nazirinin müavini təyin edilib. 2022-ci ildə vəzifədə olduğu müddətdə dünyasını dəyişib.

Nazim Məmmədovun gömrükdə necə vəzifəyə gəlməsi, general olması ilə bağlı maraqlı və qalmaqallı məlumatlar var. Onun əvvəlcə Kəmaləddin Heydərovun sürücüsü olduğu, ixtisasca baytar olduğu, 48 yaşında hüquq təhsili alaraq gömrükdə vəzifəyə təyin olunduğu məlumdur.

Bildirək ki, Nazim Məmmədov general olduqdan sonra qardaşı Malik Məmmədovun da yolu açılmışdı. Malik Məmmədov FHN-də müxtəlif vəzifələr tutub.

Malik Məmmədov vəzifədə olduğu ərəfədə daha çox biznes, torpaq alqı-satqısı, obyekt tikintisi ilə məşğul olub. Onun Qobustanda keçmiş bələdiyyə sədri Əlikram Musayevlə birləşərək ölmüş şəxslərin adına olan torpaq sahələrini ələ keçirməsi ilə bağlı yerli sakinlərin xeyli sayda müraciətləri var.

Malik Məmmədovun xanımı necə dələduzluqla üzləşib?

Qeyd etdiyimiz kimi, Malik Məmmədovun adına xeyli sayda torpaq sahələri olub. Malik Məmmədovun xanımı Nubar Məmmədova mərhum ərinin adına olan torpaq sahələrini öz adına keçirmək üçün əvvəlcədən tanıdığı Raidə adlı qadına 98 min manat verib. Lakin nəticədə aldadılıb. Raidə adlı xanım Bakıdakı məktəblərdən birində kitabxanaçı işləyir.

Məlumata görə, Nubar Məmmədova ərinin adına torpaq sahələrinin olduğunu sonradan öyrənib. Buna görə də həmin torpaq sahələrini öz adına sənədləşdirmək istəyib.

Nubar Məmmədovaya qarşı dələduzluq edən qadın məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürlüb.

İstintaq zamanı təqsirləndirilən Raidə adlı xanım zərərin əsas hissəsini ödəyib. Qalan məbləğlə bağlı isə tərəflər arasında razılıq əldə edilib. Təqsirləndirilən qadın şərti cəza alıb.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Avqust 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri