Qalmaqallı İsrail Avroviziya mahnısını təqdim etdi Video
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin "Avroviziya 2026" mahnı müsabiqəsində təqdim edəcəyi mahnı bəlli olub.
Axşam.az xəbər verir ki, müğənni Noam Bettan "Michelle" adlı bəstə ilə ölkəsini təmsil edəcək.
Mahnı zəhərli emosional çevrədən çıxmağa qərar verən bir insanın hekayəsindən bəhs edir. Mahnıda daxili inkişaf yetkinlik və keçmişi geridə qoyaraq yeni bir yola başlamaq ideyası ön plana çıxır.
"Bu mahnı ilə çox qürur duyuram. Belə bir əsəri "Avroviziya" səhnəsinə aparmaq böyük şərəfdir. Mahnı enerji və emosiyalarla doludur" deyə, Noam bildirib.
Müğənni müsabiqənin ilk yarımfinalında – 12 may tarixində səhnəyə çıxacaq və ikinci hissədə çıxış edəcək.
Xatırladaq ki, Niderland, İspaniya, İrlandiya və Sloveniya kimi ölkələr İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq bu il yarışda iştirak etməyəcəklərini açıqlayıblar.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 06 Mart 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















