Qalmaqallı qərar: Bu ölkədə müsəlmanlara bayramlarını qeyd etmək qadağan olundu
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın Mursiya bölgəsinin Cumilla rayonunda bələdiyyə şurası tərəfindən qəbul edilən qərarla müsəlmanların dini bayramlarını ictimai yerlərdə qeyd etməsi qadağan edilib.
Turkustan.az xəbər verir ki, qərar ifrat sağçı "Vox" partiyasının təşəbbüsü və sağ mərkəzçi Xalq Partiyası (PP) ilə koalisiya çərçivəsində qəbul olunub.
Qadağa 2026-cı ildən qüvvəyə minəcək. Təxminən 27 min nəfərin yaşadığı Cumilla bölgəsində 1500-ə yaxın, əsasən mərakeşli müsəlman yaşayır. Onlar hər il Qurban və Ramazan bayramlarını idman zallarında və açıq məkanlarda qeyd edir.
Məsələ ölkədə ciddi mübahisələrə səbəb olub. Müxalifətdə olan sol partiyalar qərarı kəskin tənqid edərək, onun İspaniya Konstitusiyasının 16-cı maddəsinə - din və ibadət azadlığına zidd olduğunu bildiriblər./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Avqust 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















