Icma.az
close
up
RU
Qalstanyan Paşinyanı məhkəməyə verdi Təkzib və təzminat tələb edir

Qalstanyan Paşinyanı məhkəməyə verdi Təkzib və təzminat tələb edir

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda siyasi qarşıdurma hüquqi müstəviyə keçib. “Müqəddəs mübarizə” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan ölkənin baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

Redaktor.az xəbər verir ki, Qalstanyanın təqdim etdiyi iddia ərizəsində Paşinyandan onun şərəf və ləyaqətinə xələl gətirən, həqiqətə uyğun olmayan bəyanatları təkzib etməsi tələb olunur. Arxiyepiskop, həmçinin simvolik olaraq 49,7 dram məbləğində təzminat ödənilməsini istəyir.

Məlumata görə, məhkəmə iddiasına səbəb Nikol Paşinyanın iyunun 11-də səsləndirdiyi fikirlər olub. Baş nazir çıxışı zamanı rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının seçkilərdə tam dürüst şəkildə səs topladığını bildirib. O, digər siyasi qüvvələri isə rüşvət yolu ilə seçici dəstəyi qazanmaqda ittiham edərək, “pul olmasaydı, onlara heç kim səs verməzdi” ifadəsini işlədib.

Qalstanyan bu açıqlamaları böhtan kimi qiymətləndirərək, rəsmi təkzib tələb edib. Tələb olunan 49,7 dram məbləği isə “Mülki müqavilə” partiyasının seçkilərdə əldə etdiyi səs faizinə uyğun olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərinin rəsmi nəticələrinə əsasən, hakim “Mülki müqavilə” partiyası 49,7456 faiz səs toplayaraq 64 mandat əldə edib. “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat qazanıb. “Çiçəklənən Ermənistan” partiyası isə parlamentə düşmək üçün tələb olunan baryeri keçə bilməyib.

Beləliklə, hakim qüvvə parlament çoxluğunu qorusa da, konstitusiya dəyişiklikləri üçün tələb olunan səs sayına sahib deyil.

Baqrat Qalstanyan daha əvvəl də hüquqi müstəvidə uğur əldə edib. O, İrəvan Ağsaqqallar Şurasının üzvləri Ani Xaçatryan və Ayk Saakyana qarşı qaldırdığı təhqir və böhtan iddiası üzrə məhkəməni qazanıb. Məhkəmə qərarı ilə hər iki şəxs arxiyepiskopa 750 min dram (təxminən 2 min dollar) məbləğində təzminat ödəməyə məhkum edilib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 İyul 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see397

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see310

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see308

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see289

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see287

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see278

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see256

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see255

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see253

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see243

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see236

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see235

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see229

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see228

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see223

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see218

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see215

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see211

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri