Icma.az
close
up
RU
Qalxanabənzər vəzi düyünləri xərçəng ola bilərmi?

Qalxanabənzər vəzi düyünləri xərçəng ola bilərmi?

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hansı orqanda əmələ gəlməsindən asılı olmayaraq əsrin bəlasına çevrilən bədxassəli şiş çox böyük narahatlıq doğurur.

Qalxanabənzər düyünlərdə yaranan şiş növünü müəyyən etmək üçün bir sıra üsullardan istifadə olunur.

Həkim-endokrinoloq Gülay Məmmədova AZƏRTAC-a bu barədə məlumat verib: “Qalxanabənzər vəz düyünləri xəstənin özünün və ya həkimin fiziki müayinə əsasında boyunda kütlənin ələ gəlməsi, bəzən də aparılan müayinələr zamanı təsadüfən aşkar edilir. Düyün aşkarlananda onun xoş və ya bəd olmasını müəyyənləşdirmək çox vacibdir. Qalxanabənzər vəz düyünlərinin bədxassəli olma ehtimalı çox azdır. Xəstədə klinik olaraq düyün aşkarlananda ilk növbədə anamnez, fiziki baxış, tiroid vəzin funksional testləri, ultrasəs, biopsiya, habelə ssintiqrafiya müayinələri aparılır.

Qalxanabənzər vəzdə düyün aşkar olunan xəstənin uşaqlıqda baş-boyun bölgəsinin radioterapiya alması, ailəsində tiroid xərçənginin olub–olmaması araşdırılmalıdır. USM müayinəsi zamanı düyünün böyüməsi, səs kallaşması, nəfəs darlığı, udqunma çətinliyi və öskürək kimi şikayətlərə ciddi yanaşılmalı və dərindən araşdırma aparılmalıdır. Diaqnozunda düyün olan xəstənin yaşı və cinsi də əhəmiyyətlidir”.

Həkim-endokrinoloq bildirib: “Uşaqlarda və yeniyetmələrdə aşkar olunan düyünlərin bədxassəli olma ehtimalı üçqat yüksəkdir. Daxilində kalsinatları (bərkləşmiş sahə), ətrafı nahamar, qalınlaşması çox olan düyünlər risk qrupuna daxildir. Ölçüsü 1 sm-dən böyük olanda düyün biopsiya edilir. Həmçinin xəstənin ailəsində, qohumlarında tiroid xərçəngi varsa və qanda kalsitonin səviyyəsi yüksəkdirsə, düyünün ölçüsündən asılı olmayaraq biopsiya aparılmalıdır. Risk faktorları və düyünün ölçüsü 1 sm-dən kiçik olsa da, USM müayinədə həmin əlamətlərdən ən azı ikisi olduqda, düyün biopsiya edilməli və bədxassəli proses inkar olunmalıdır. Uzunmüddətli müşahidə altına alınan düyünlərdə mütləq kalsitonin miqdarı ölçülməlidir. Kalsitonin miqdarının 100 pq/ml-dən yüksək olması qalxanabənzər vəzin medullyar xərçəngi üçün diaqnostik əhəmiyyətə malikdir”.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 04:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri