Qan laxtalanmasının erkən əlamətləri Nələrə diqqət yetirmək vacibdir
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qan laxtaları, xüsusilə dərin venaların trombozu (DVT), ciddi sağlamlıq riski yarada bilər. Vaxtında aşkarlanmadıqda laxta ayrılaraq ağciyərlərə gedə və həyati təhlükəli fəsadlara səbəb ola bilər.
Moderator.az “Cursoninfo”ya istinadən xəbər verir ki, dərin venaların trombozu əsasən ayaqlardakı dərin damarlarda qan laxtasının yaranması ilə müşahidə olunur. Bu vəziyyət qan axınının pozulmasına və bəzi hallarda ağciyər emboliyasına səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, DVT-nin əsas əlamətləri bunlardır:
Ayaqda, xüsusilə baldır və bud nahiyəsində şişkinlik;
Hərəkət zamanı güclənən ağrı;
Dərinin rənginin dəyişməsi – qızartı, mavimsi və ya solğun görünüş;
Ayaqda döyünən və ya qıcolma xarakterli ağrılar.
Qeyd olunur ki, bəzi insanlarda bu xəstəlik heç bir açıq simptom verməyə bilər. Buna görə risk faktorlarını bilmək və bədəndə baş verən dəyişikliklərə diqqət yetirmək vacibdir.
Qan laxtasının yaranma ehtimalını artıran amillər arasında uzun müddət hərəkətsiz qalmaq, oturaq həyat tərzi, əməliyyatlar, zədələr, irsi meyl, piylənmə, siqaret istifadəsi, hormonal dərmanlar və hamiləlik göstərilir.
Həkimlər tromboz riskini azaltmaq üçün müntəzəm fiziki aktivlik, sağlam çəkinin qorunması və siqaretdən uzaq durmağı tövsiyə edirlər. Risk qrupunda olan şəxslər isə profilaktik tədbirlər üçün mütləq həkim məsləhəti almalıdırlar.
Qan laxtasının əlamətlərini vaxtında tanımaq və tibbi yardıma müraciət etmək ciddi fəsadların qarşısının alınmasında mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 05 Avqust 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















