Icma.az
close
up
RU
Qan qrupumuz hansı XƏSTƏLİYƏ MEYİLLİDİR? Xəbər saytı Son xəbərlər və Hadisələr

Qan qrupumuz hansı XƏSTƏLİYƏ MEYİLLİDİR? Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

123 il əvvəl, 1901-ci ilin noyabrında həkim Karl Landşteyner qan nümunələrini üç qrupa bölüb: 0 (birinci), A (ikinci) və B (üçüncü). Daha sonra dördüncü qrup (AB) kəşf olunub. Bununla yanaşı, son araşdırmalar göstərir ki, ümumilikdə 35 qan qrupu və onların qarışma ehtimalının 300-dən çox növü mövcuddur.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu barədə mütxəssislər yeni araşdırmalar ediblər.

Qan qruplarının insanların həyat tərzindəki dəyişikliklərə uyğunlaşma kimi təkamül prosesində meydana gəldiyi düşünülür. Məsələn, birinci qrup ovçu-yığıcılar arasında, ikinci qrup əkinçilər arasında, üçüncü qrup isə Mərkəzi Asiyanın köçəri maldarlıqla məşğul olan xalqları arasında yayılmışdı. Bu xalqların digər millətlərdən fərqli həyat tərzi və qidalanma rejimi var. Dördüncü qrupun yaranması isə hələ də dəqiq izah olunmayıb.

"Diaqnostik İmmunoloq Arayışı" kitabının müəllifi Nadejda Poluşkina müxtəlif qan qruplarına sahib insanların sağlamlığı haqqında məlumatlar yazıb.

Birinci qrup: Bu qrupun sahibləri arasında uzunömürlülər çoxdur. Ancaq allergik reaksiyalara meyillidirlər. Onlarda müxtəlif infeksion və dəri xəstəlikləri ola bilər.

İkinci qrup: Bu qrupun sahibləri arasında onkoloji xəstəliklər azdır. Amma ürək-damar və hematoloji xəstəliklərə, həmçinin qaraciyər problemlərinə daha çox meyllidirlər.

Üçüncü qrup: Bu qrupun sahibləri koronavirusa daha az yoluxurlar. Lakin onlarda tez-tez xroniki yorğunluq sindromu müşahidə olunur.

Dördüncü qrup: Bu qrupun sahibləri dayaq-hərəkət sistemi və ateroskleroz problemlərinə yüksək meyillidirlər. Amma infarkt riski azdır və onlarda hipertoniya, tromboz və emboliya nadir hallarda rast gəlinir.

Ekspertlər qeyd edirlər ki, qan qrupu orqanizmin bir çox xüsusiyyətlərini müəyyənləşdirir, bu, genetik məlumatın şifrəsidir. Məsələn, birinci qrup insanlarda mədə yarası, ikinci qrupda mədə xərçəngi, üçüncü və dördüncü qrupda isə mədəaltı vəzi xərçəngi daha tez-tez rast gəlinir.

1996-cı ildə amerikalı Piter De Adamo tərəfindən "Dörd qan qrupu - dörd həyat tərzi" adlı kitab nəşr olunub. Müəllif hesab edir ki, qan qrupu əcdadların qidalanma tərzindən (süd məhsulları, ət və ya bitki mənşəli qidalar) asılıdır. Beləliklə, sağlamlığı qorumaq üçün qan qrupuna uyğun məhsullar yeyilməlidir, əks halda maddələr mübadiləsi pozula və piylənmə yarana bilər. "Veçernyaya Moskva" bu mövzunun həqiqət olub-olmadığını araşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri