Icma.az
close
up
RU
Qan qrupundan asılı olmayan orqan transplantasiyası mümkün olur

Qan qrupundan asılı olmayan orqan transplantasiyası mümkün olur

Icma.az, Azpost saytına istinadən bildirir.

Kanada və Çin alimləri insanın qan qrupundan asılı olmayaraq hər kəsə uyğun gələn “universal böyrək” hazırlayıblar. AzPost xəbər verir ki, bu mühüm elmi nailiyyət Nature Biomedical Engineering jurnalında dərc edilib.

Tədqiqatçılar orqan köçürülməsində ən böyük maneələrdən biri olan donor və qəbul edən şəxs arasında qan qrupunun uyğun gəlməməsi problemini aradan qaldırmaq üçün yeni üsul kəşf ediblər. Onlar qrup A (II) qanına malik insan böyrəyini xüsusi fermentlərlə emal edərək onu “neytral” — yəni O (I) qrupuna çevrilmiş vəziyyətə gətiriblər.

Bu üsulun mahiyyəti orqanın səthindən qan qrupunu müəyyən edən xüsusi markerlərin təmizlənməsidir. Beləliklə, orqan qəbul edən şəxsin immun sistemi tərəfindən “yad cisim” kimi tanınmır və rəddetmə riski əhəmiyyətli dərəcədə azalır.

Eksperiment zamanı “neytrallaşdırılmış” böyrək beyin ölümü diaqnozu qoyulmuş xəstəyə ailəsinin icazəsi ilə köçürülüb. Nəticədə orqan bir neçə gün ərzində normal fəaliyyət göstərib. Qan qrupuna aid bəzi göstəricilər sonradan qismən bərpa olunsa da, immun sistemin reaksiyası əvvəlki əməliyyatlarla müqayisədə xeyli zəif olub.

Alimlər bildirirlər ki, bu metod transplantasiyanın gələcəyini dəyişə bilər. Hazırda fərqli qan qrupuna malik donor və pasiyentlər arasında orqan köçürülməsi çox riskli və baha başa gələn prosedurdur. Yeni üsul isə bu prosesi daha təhlükəsiz və əlçatan edə bilər.

Mütəxəssislərin fikrincə, bu texnologiya xüsusilə birinci qan qrupuna malik xəstələr üçün həyati əhəmiyyət daşıyır. Statistikaya görə, bu qrupda olan insanlar böyrək donoru tapmaq üçün illərlə növbə gözləməli olurlar. Məsələn, ABŞ-da böyrək transplantasiyası gözləyənlərin yarıdan çoxu məhz bu qrupa daxildir və hər gün on birə yaxın pasiyent əməliyyata çatmadan dünyasını dəyişir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Oktyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri