Icma.az
close
up
RU
Qan vermək: Aşuranın ən müqəddəs əməllərindən biridir

Qan vermək: Aşuranın ən müqəddəs əməllərindən biridir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağa Hacıbəyli: “Məhərrəm ayında sosial yardımlaşma, ehtiyacı olanlara baş çəkmək, yardım etmək kimi xeyirxah əməllər kütləvi hal almaqdadır”

Son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin vətəndaşlara müraciətində bildirilib. Qeyd olunub ki, bu il də dindarlar Aşurada – iyul ayının 5-də humanist ənənəni davam etdirərək ehsan niyyəti ilə qan verərək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edə bilərlər. Qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulan məkanların siyahısı Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib. Bakı şəhəri üzrə 9 məntəqədə qanvermə aksiyası üçün şərait yaradılıb. Bunlar, Yasamal rayonu “Təzə Pir” məscidi, Nəsimi rayonu “Əjdərbəy” məscidi,  Səbail rayonu “Bibiheybət” məscid ziyarətgahı, Xəzər rayonu “Mir Mövsüm Ağa” ziyarətgah kompleksi, Nizami rayonu “Sahib-Əz-Zaman” məscidi, Nizami rayonu Keşlə qəsəbəsi “Şah Abbas” məscidi, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Binəqədi rayonu “İmam Əli” məscidi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “İmam Rza” məscididir. Ölkəmizin regionlarında da xüsusi məntəqələr yaradılıb. Şuşa şəhər “Yuxarı Gövhər ağa” məscidi, Ağdam şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscid ziyarətgah kompleksi, Lənkəran şəhəri, Mərkəzi Qan Bankının bölməsi, Mingəçevir şəhər “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhər “İmam Əli” məscidi, Şirvan şəhər məscidi, Bərdə şəhər “İmamzadə” məscid ziyarətgahı, Quba şəhəri, Mərkəzi Qan Bankının bölməsi, Masallı şəhər “Cümə” məscidi, Masallı r-n, Boradigah qəsəbə xəstəxanası, Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası, Salyan şəhər Mərkəzi “Hacı Tağı” məscidi, Naxçıvan Muxtar Respublikasında isə “Heydər” məscidi, “Sarvanlar” məscidi, “Pirqəmiş” məscidində də muxtar respublikanın Babək, Ordubad, Culfa, Şahbuz, Sədərək, Şərur və Kəngərli rayonlarında xəstəxana və ayrı-ayrı tibb məntəqələrində qanvermə aksiyaları üçün şərait yaradılıb.    


İlahiyyatçı Ağa Hacıbəylinin fikrincə, Aşura haqq və ədalətə aparan yoldur. Azərbaycan xalqı əziz islam peyğəmbəri Muhəmməd əleyhissalam və əhli-beytə sevgi və bağlılığını əsrlərdir qəlbində daşıyır, əməllərdə bu sevgiyə layiq olmağa səy göstərir: 


- Bu gün xalqımız Kərbəla şəhidlərini Qarabağ şəhidləri, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, dövlətimizin bərqərar olması, bayrağımızın daim ucalıqda dalğalanması naminə canlarını qurban verən şəhidlərimizlə birgə anır. Aşura tədbirləri getdikcə əsl mahiyyətini özündə ehtiva etməyə başlayıb. Qanvermə aksiyaları xalqımız arasında geniş yayılıb. Vətəndaşlarımız heç bir çağırış olmadan bu savab işi yerinə yetirməyi özlərinə borc bilirlər. Əksər insanlarımız belə günlərdə digər xeyirxah işlər də görməyə can atırlar. Məhərrəm ayında sosial yardımlaşma, ehtiyacı olanlara baş çəkmək, yardım etmək kimi xeyirxah əməllər kütləvi hal almaqdadır. Kərbəla hadisəsinin məqsədi çox ağlatmaq yox, çox anlatmaqdır. Kərbəla hadisəsinin əsl mahiyyəti anlaşıldıqca, insanlarımız dinimizin daşıdığı xeyirxah missiyanı da daha yaxşı anlayacaqlar. Bu, bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına aparan yoldur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri