Qana millisinin sabiq kapitanından Osimhenlə bağlı ŞOK AÇIQLAMA
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir vaxtlar Türkiyədə də çıxış etmiş Qana millisinin sabiq kapitanı Asamoa Qyan maraqlı iddia səsləndirib.
AZXEBER.COM xəbər verir ki, təcrübəli futbolçu Viktor Osimhenin zədəsinin planlı şəkildə təşkil olunduğunu bildirib:
"Bu oyunları yaxşı tanıyıram. Kimsə ona deyib ki, sənə böyük pul xərclədik. Çempionlar Liqası yaxınlaşır. Afrikaya tam gücünlə getməyini istəmirik, amma ora get, bir az oyna, yerə yıxıl, ciddi zədə təəssüratı yarat. Sonra Türkiyədə olarsan. Medianın səs-küyünü önləmək üçün bu lazımdır.
İnanın mənə, onu Superliqada və Çempionlar Liqasında tam gücü ilə qaçarkən görəcəksiniz. Orada neçə dəfə zərbə alsa da, yerə yıxılmaz. Həkimlər də bu işin içindədir. Avro, nairadan daha dəyərlidir”.
Qeyd edək ki, DÇ-2026-nın 7-ci turunda Nigeriya – Ruanda oyununda (1:0) zədələnən "Qalatasaray”ın hücumçusu 27-ci dəqiqədə oyuna davam edə bilməyərək əvəzlənib.

