Qana pley offa yüksəldi DÇ 2026
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur.
Redaktor.az xəbər verir ki, L qrupunun sonuncu – III turu çərçivəsində Xorvatiya və Qana seçmələri qarşılaşıb. ABŞ-ın Filadelfiya şəhərindəki eyniadlı stadionda keçirilən gərgin oyun Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 31-ci dəqiqədə xorvatiyalı yarımmüdafiəçi Petar Suçiç açıb. Afrikalılar 73-cü dəqiqədə Derrik Lyukkassenin qolu ilə tarazlığı bərpa etsələr də, Xorvatiya millisi sona yaxın qələbə topunu vura bilib. Qarşılaşmanın 83-cü dəqiqəsində Nikola Vlaşiç fərqlənərək komandasına vacib 3 xalı qazandırıb.
Xorvatlar xallarının sayını 6-ya yüksəldib və qrup ikincisi kimi 1/16 finala vəsiqə qazanıb. Dörd xalı olan Qana isə ən yaxşı üçüncülər sırasından pley-offa yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 28 İyun 2026 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















