Qanalı nazirlər və dövlət xadimləri helikopter qəzasında öldü
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Qanada müdafiə naziri Edvard Oman Boama hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Culius Debru məlumat yayıb.
Boamadan başqa helikopterin göyərtəsində ətraf mühit, elm, texnologiya və innovasiyalar naziri İbrahim Murtala Məhəmməd, keçmiş qida naziri Samuel Sarponq, parlamentə keçmiş namizəd Samuel Aboaqye, milli təhlükəsizlik üzrə koordinator müavini Alhaji Muniru Məhəmməd və üç ekipaj üzvü olub. Onların hamısı ölüb.
Qəza Aşanti bölgəsində baş verib. Z-9 helikopteri mədən işlərinə həsr olunmuş foruma gedərkən bir anda radardan itib. Qəzanın səbəbləri araşdırılır.
Qana prezidenti Con Dramani Mahama həlak olanların yaxınlarına başsağlığı verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Avqust 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















