Qanazlığı uşaqlarda daha çox hansı yaş qrupunda müşahidə olunur?
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Qanazlığı vaxtında aşkarlandıqda və düzgün müdaxilə olunduqda uşağın sağlam inkişafı bərpa olunur və fəsadların qarşısı alınır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Xalidə Hacıyeva deyib.
Onun sözlərinə görə, qanazlığı, xüsusilə 6 aydan 5 yaşa qədər olan uşaqlarda daha çox müşahidə olunur:
“Bu yaş dövrü uşağın orqanizminin daha intensiv böyüməsi ilə əlaqədar dəmir və digər qida maddələrinə olan ehtiyacın artdığı bir mərhələdir”.
Pediatr qeyd edib ki, bu dövrdə uşaqların əlavə qidaya keçidi, qida vərdişlərinin formalaşması düzgün aparılmaması nəticəsində uşaqda dəmir çatışmazlığı yarada bilir:
“Məktəb yaşlı uşaqlarda da bənzər problemlər, xüsusilə qeyri-sağlam qidalanma vərdişləri səbəbindən ortaya çıxır”.
Mina Mikayılova


