Qanda yüksək xolesterinin göstəricisi. Dırnaqlarınıza baxın FOTO
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dırnaqlar altında əmələ gələn tünd zolaqlar qanda xolesterinin yüksək olmasına işarə edə bilər. Bu haqda Amerika dermatoloqlar assosiasiyası məlumat verib.
Saglamolun.az İzvestiya-ya istinadla bildirir ki, mütəxəssislərin sözlərinə görə, belə zolaqlar kiçik qan damarlarının zədələnməsi nəticəsində əmələ gəlir. İnsan bu zaman heç bir ağrı hiss etmir.
Dırnaqlar altında zolaqlarla yüksək xolesterinin arasında olan əlaqə dəfələrlə sübut olunub.
Bəzən zolaqlar çox kiçik olur və insanlar onları dırnağın altına girən tilişkələr kimi qəbul edirlər. Lakin bu belə deyil.
Ekspertlər dırnaqlar altında tündə zolaqların əmələ gəlməsinə fikir verməyi və qanda xolesterini yoxlamağı tövsiyə edirlər.
Yüksək xolesterin əksər hallarda özünü heç bir ciddi simptomla büruzə vermir və gizli şəkildə damarları zədələyərək ağır ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.

Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















