Icma.az
close
up
RU
“Qandalf”ın çubuğu “Neftçi”nin üzərində: VERNİDUBUN SEHRLİ TOXUNUŞU

“Qandalf”ın çubuğu “Neftçi”nin üzərində: VERNİDUBUN SEHRLİ TOXUNUŞU

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Hər şəhərin özünəxas rəngləri, mədəniyyəti, hissləri var. Elə anlar olur ki, şəhər bir müddətlik öz həyəcanını itirir, rəngsizləşir, maraqsızlaşır.

Vaxtilə Moskva yandırılıb, Varşava yerlə-yeksan edilib. Yenidən qurulmaları vaxt alıb, əziyyət tələb edib, amma mümkünsüz olmayıb.

Bakı isə illərdir öz “Neftçi”sini itirmişdi. Paytaxtın tarixini, rənglərini, sevincini, kədərini özündə ehtiva edən qocaman 15 ilə yaxındır ki, ayağa qalxa bilmirdi. Bəziləri üçün artıq “Neftçi” öz missiyasını tamamlamış, tarixin tozlu səhifələrinə qarışmağa doğru sürüklənirdi.

Ardıcıl iki il avrokuboklardan kənar qalan “flaqman”ın dirçəlməsi mümkünsüz görünürdü. Ukraynadan səssiz-səmirsiz gələn mistik “Qandalf”a qədər…

Yuri Vernidub gəldiyi andan sehrli çubuğunu “Neftçi”nin üzərinə çəkdi. Qış transfer pəncərəsində yalnız bir transfer etdi. Onun heyətə qatdığı Breno Almeyda hazırda liqanın ən formada olan 2-3 futbolçusundan biridir. 

Mətbuat konfranslarında “böyük-böyük” danışmır, kimisə günahlandırmır, heyətdən şikayətlənmir. Sakitcə işini görür, komandanı növbəti matça hazırlayır. Edilən haqsızlıqlardan sonra da futbolçularını oyunlara kökləməyi bacarır.

O, Samir Abasovun skaut komandasının “Neftçi”yə transfer etdiyi, lakin heç cür parlaya bilməyən futbolçulara nəsə etdi. Bəli, “nəsə” etdi, çünki nə etdiyini anlamaq, dərk etmək, başa düşmək olmur. Freddi Varqas, İmad Faraj, Emil Səfərov, İfeanyi Metyu, İqor Ribeyro əməlli futbol oynayırmış eee…

Hələ “Qarabağ”la matçda “turbo” açan Falaye Sakonu demirəm. Komandaya gəldiyi gündən “sehrli qutu” adlandırdığımız Sako artıq azarkeşlərin sevimlisinə çevrilib. “Qutu”nu açmaq üçün sehrli çubuğa malik olmaq lazım imiş…

Vernidubun “Neftçi”si son illərin ən uğurlu “Neftçi”sidir. Ukraynalının komandası 15 matçda 31 xal toplayıb. Bu isə orta hesabla hər oyuna 2,07 xal deməkdir. Rəqəmlərlə aranız yaxşıdırsa, necə böyük göstərici olduğunu anlayacaqsınız.

“Ağ-qaralar”ın performansı davam etsə, “ədalət” təmsilçiləri imkan versə, “Neftçi”nin avrokuboklara yollanması real görünür. Vernidubun burada da gözəl işlər görəcəyi heç kimdə şübhə doğurmur. Nə bilirsiniz, bəlkə tariximizdə ilk dəfə avrokuboklara 3 komanda ilə yollandıq…

"Real" Haland transferində qərarlıdır "Neftçi": 88 yaşını tamamlayan "qoca çinar" İki güləşçimiz finala vəsiqə qazandı Coşqun oynadı, komandası heç-heçə etdi "Qarabağ"da növbəti ayrılıq - ULDUZ FUTBOLÇU AVROPA YOLUNDA
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 Avqust 2026 04:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri