Icma.az
close
up
RU
Qanla yazılmış qəhrəmanlıq tarixi Millət vəkili yazır

Qanla yazılmış qəhrəmanlıq tarixi Millət vəkili yazır

Icma.az bildirir, Unikal.az portalına istinadən.

20 Yanvar hadisələri tariximizin həm ağrılı, həm də qürurverici səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda və digər bölgələrdə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Bu faciə təkcə ağrı dolu xatirələrlə deyil, həm də xalqımızın azadlıq ideallarına sadiqliyinin simvolu kimi yaddaşlarda qalır.

Qanlı Yanvar faciəsinin səhəri günü Ümummilli Lider Heydər Əliyevin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, Sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı qırğını qətiyyətlə pisləməsi xalqımıza təpər və güc verdi, ona böyük dayaq oldu. Ulu Öndərin 20 Yanvar hadisələri ilə bağlı Bəyanatı nəticəsində dünya ictimaiyyəti SSRİ rəhbərliyinin xalqımıza qarşı bu dəhşətli, xüsusi amansızlıqla törədilən dövlət terrorundan xəbərdar oldu.

20 Yanvar hadisələrinə dövlət səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra verildi. Ulu Öndərin 5 yanvar 1994-cü il tarixində imzaladığı “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərmana əsasən, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Həmçinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsi gücləndirildi.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yenidən qurulub, “20 Yanvar” dairəsində şəhidlərin memorial abidə kompleksi ucaldılıb. 2006-cı il yanvarın 19-da 20 Yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. 20 Yanvar faciəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial təminatı hər zaman prioritet məsələlərdən biri olub. Bu kateqoriyadan olan şəxslərə verilən təqaüd və müavinətlərin mütəmadi artırılması onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Dövlətimizin başçısı 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini belə qiymətləndirib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Şəhidlər Xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Həmçinin, Qarabağ və Şərqi Zəngəzur məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda və işğaldan azad edilmiş digər torpaqlarımızda Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır. Biz buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza, o cümlədən qəhrəman şəhid və qazilərimizə borcluyuq.

1990-cı ilin soyuq yanvar günlərində azərbaycanlılara qarşı törədilən vəhşiliklər nə qədər amansız və dəhşətli olsa da, xalqımızın iradəsini sındıra, onun azadlıq istəyini boğa bilmədi. 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük tarixi əhəmiyyəti var.

Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu qanlı hadisələri törədənlərə dərin nifrətini bildirir. Həmçinin, yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazilərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Vətən uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Milli Məclisin deputatı Bədəl Bədəlov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Yanvar 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri