Icma.az
close
up
RU
Qanuna dəyişiklik EDİLDİ: Onlar hərbi xidmətdən yayına bilməyəcək

Qanuna dəyişiklik EDİLDİ: Onlar hərbi xidmətdən yayına bilməyəcək

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Həm çağırışçılara, həm də ehtiyatda olan hərbçilərə aid olan qanunun qəbul edilməsi zərurəti çoxdan yaranmışdı. Çox sayda hərbi qulluqçular yaşayış yerini dəyişir, hərbi komissarlıqda qeydiyyatda olmur. Belə olan halda çağırış zamanı hərbi qulluqçunun tapılması mümkün olmur, xidmətdən yayınır. Ehtiyata buraxılan hərbçilərin də bəziləri hansısa rayonda qeydiyyata keçmir. Fövqaladə hal zamanı həmin şəxsin yerini müəyyən etmək olmur".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib. 
O bildirib ki, hərbçilər mütəxəssis kimi ehtiyata buraxılırlar:
"Hər hansı təlimlər keçirildikdə onların cəlb edilməsi, müasir texnikalar alınan zaman mütəxəssislərə həmin texnikanın öyrədilməsi ilə bağlı çağırış edilən zaman hərbçilərin tapılması üçün bu qanun vacib məsələdir. Bununla həm çağırışçıların xidmətdən yayınmasının qarşısı alınacaq, həm də ehtiyatda olanların yenidən vaxtında və dəqiq şəkildə cəlb edilməsi məsələsi həll olunacaq. Qanunu tətbiq etməkdə gecikmişik. Çünki çox sayda çağırışçılar var ki, xidmətdən yayına biliblər. Digər yandan hərbi komissarlıqlarda hər hansı neqativ hala yol vermək də çətinləşəcək. Qeydiyyat məsələləri həll olunduqdan sonra xidmətdən yayınma halları baş verdikdə səfərbərlik və hərbi çağırış üzrə şöbələr məsuliyyət daşıyacaq. Qanun səfərbərlik və hərbi çağırış üzrə xidmətin, çağırışçıların və ehtiyatda olan qulluqçuların məsuliyyətini artıracaq".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar" fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see142

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see141

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see137

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see135

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see126

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see125

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see123

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see122

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see122

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see122

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see122

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see121

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see121

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see118

III MDB Oyunları: Azərbaycan cüdo yarışlarında beşinci qızıl medalını qazanıb YENİLƏNİB 7

04 Oktyabr 2025 18:50see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri