Icma.az
close
up
RU
Qanuna dəyişiklik minimum əməkhaqqına necə təsir edəcək? İqtisadçıdan açıqlama

Qanuna dəyişiklik minimum əməkhaqqına necə təsir edəcək? İqtisadçıdan açıqlama

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, İlham Əliyev tərəfindən Əmək Məcəlləsinə edilmiş dəyişikliklər təsdiqlənib. Dəyişikliyə əsasən, Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur.

Qanuna görə, minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında, yenə həmin icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən nəzərdən keçiriləcək.

Bəs minimum əmək haqqına hər il yenidən baxılması praktikada nə deməkdir?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirdi ki, qanunvericiliyə edilən dəyişikliyin əsas səbəbi son illərdə beynəlxalq təşkilatlar və komissiyalar tərəfindən ölkələrin əmək bazarlarının çevikliyi, sosial müdafiə mexanizmlərinin adekvatlığı və institusional siyasət əsaslarının indikatorlar üzrə ölçülməsidir:


“Məhz bu səbəbdən Azərbaycan üzrə olan reytinq göstəricilərinin də bu istiqamətdə yüksəldilməsi, yəni müvafiq siyasətin daha çevik və dövri qiymətləndirmə modelinə keçirilməsi zərurəti yaranmışdı. Buna görə dəyişiklik edildi. Dəyişiklikdən sonra artıq nə baş verəcək?

Nəzərinizə çatdırım ki, burada hər il minimum əmək haqqının qaldırılması deyil, ona baxılması nəzərdə tutulur. Bu o deməkdir ki, müvafiq göstəricilər nəzərdən keçirilərək analiz ediləcək və bu analizlərin nəticəsi olaraq təkliflər hazırlanacaq, daha sonra isə həmin təkliflərə baxılacaq. Yəni birinci mərhələdə mövcud vəziyyət qiymətləndiriləcək, ikinci mərhələdə nəticələr əsasında təkliflər hazırlanacaq, üçüncü mərhələdə isə təkliflərə baxılacaq. Bundan sonra maaşların qaldırılması və ya qaldırılmaması ilə bağlı qərar qəbul ediləcək”.

İqtisadçının fikrincə, qanunvericilikdə edilən bu dəyişiklik ildə bir dəfə minimum əmək haqqının ən azı mövcud inflyasiya səviyyəsinə uyğun şəkildə artırılması ilə nəticələnəcək:

“Minimum əmək haqqı artırıldığı halda, 19 dərəcədən ibarət vahid tarif cədvəlində hər bir dərəcə üzrə yenilənmə olacaq. Bu isə geniş əhali kütləsini əhatə edəcək”.

Lalə, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Fevral 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri