Icma.az
close
up
RU
Qanundakı boşluq bu qurumların işinə mane olur Deputat

Qanundakı boşluq bu qurumların işinə mane olur Deputat

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidentinin 16 yanvar 2014-cü il tarixli Fərmanı ilə “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib. 2014-cü il iyunun 1-dən qüvvəyə minən qanunun məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə qurumlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi, vətəndaşların və vətəndaş cəmiyyət institutlarının rəyinin nəzərə alınmasıdır. Qanuna müvafiq olaraq bütün nazirliklər yanında İctimai şuralar yaradılıb.

Bu gün İctimai şuraların ən çox şikayət etdikləri mövzu da elə həmin qanunla bağlıdır. Belə ki, “İctimai iştirakçılıq haqqında” qanunda İctimai şuraların fəaliyyətinin maliyyələşməsi ilə bağlı heç bir maddə yoxdur. Bu da həmin şuraları yanlarında fəaliyyət göstərdikləri quruma, yaxud Nazirliyə bağlı hala gətirir.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, sözügedən məsələ olduqca vacibdir:

“Burada həm də ictimai şuranı konkret qurumdan - nazirlikdən asılı hala gətirib çıxaran amillər var. Həmin nazirlik öz hesabına ictimai şuraya dəstək göstərir, yaxud da onun hansısa fəaliyyətini tənzimləyir. Bu isə şuraların obyektiv işləməyinə mane olur”.

Komitə sədri bildirib ki, qanunvericilikdə bununla bağlı müəyyən mexanizm olmalıdır:

“Müəyyən mexanizm olmalıdır ki, İctimai şuralar müstəqil şəkildə faəliyyət göstərsin. Bu, şuraların hər hansı prosesə öz töhfələrini verə bilməsi üçün vacibdir. Mən də qanunvericilikdə bununla bağlı boşluq olduğunu düşünürəm. Əgər bu istiqamətdə təkliflər olarsa, Milli Məclisdə səsləndirilə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri