Qanunlar yeniləndi: Cərimələr artır, kreditlər azalır
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin ilin son günlərində nəqliyyat, maliyyə, təhsil və ictimai tənzimləmələri əhatə edən bir sıra qanunları imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, parlament tərəfindən daha əvvəl qəbul edilmiş bu dəyişikliklər "Rəsmi Qəzet"də dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək. Yeni qanun paketi gündəlik həyata birbaşa təsir göstərəcək yeniliklər ehtiva edir.
Ən diqqətçəkən maddələrdən biri xarici məhkəmələrin qərarlarının Rusiyada icrasının qadağan edilməsi ilə bağlıdır. Beynəlxalq Cinayət Məhkəməsi və ya Rusiyanın iştirakı olmadan yaradılmış xüsusi məhkəmələr tərəfindən qəbul edilən qərarlar ölkə daxilində hüquqi qüvvəyə malik olmayacaq.
Bununla yanaşı, Rusiya vətəndaşlığı alan şəxslər üçün andiçmə yaşı 18-dən 14-ə endirilib. Beləliklə, yetkinlik yaşına çatmayan gənclər də vətəndaşlıq andı içəcəklər.
Mikrokredit sahəsində isə ciddi məhdudiyyətlər tətbiq olunur. 1 aprel tarixindən istehlak mikrokreditləri üzrə maksimal geri ödəmə faizi 130 faizdən 100 faizə endiriləcək. 1 oktyabrdan etibarən bir şəxs eyni vaxtda maksimum iki yüksək faizli kredit götürə biləcək. 2027-ci ilin aprelindən isə bu limit bir kreditə endiriləcək. Borc asılılığının qarşısını almaq məqsədilə köhnə kredit bağlandıqdan sonra yenisinin götürülməsi üçün üç günlük gözləmə müddəti də məcburi olacaq.
Cəzaların sərtləşdirildiyi digər sahə hərbi xidmət öhdəlikləri ilə bağlıdır. Hərbi qeydiyyat şöbəsinə yaşayış ünvanı, iş yeri və ya ailə vəziyyətindəki dəyişiklikləri bildirməyənlər 10 min – 20 min rubl arası cərimələnə bilərlər. Qeyd olunur ki, bu öhdəlik yalnız çağırış dövrləri ilə məhdudlaşmır və ilin bütün dövrünü əhatə edir. Tətbiqin məqsədi hərbi qeydiyyatın rəqəmsallaşdırılması və daha dəqiq aparılmasıdır.
Biznes sektorunu maraqlandıran dəyişikliklər də var. Kassa aparatları və ödəniş qeydiyyat cihazlarının məcburi olduğu hallarda onlardan istifadə etməyənlər üçün cərimələr əhəmiyyətli dərəcədə artırılır. Səlahiyyətlilərin bildirdiyinə görə, bu addım kölgə iqtisadiyyatı ilə mübarizə və maliyyə əməliyyatlarında şəffaflığın artırılmasına xidmət edir. Yeni qaydalara əsasən, məsul rəhbər şəxslər üçün minimum cərimə 10 min rubldan 30 min rubla qaldırılır.
Sürücülər və istehlakçılar üçün də yeni tələblər qüvvəyə minir. Uşaq oturacağı olmadan daşınma halında cərimə 3 min rubldan 5 min rubla yüksəldilib.
Müvəqqəti olaraq Rusiyaya gətirilən avtomobillərdə şüşə plyonkası (tonirovka) qaydalarını pozanlara da cərimə tətbiq olunacaq.
Tələbələr üçün elektron tələbə bileti və qiymət kitabçası sistemi Gosuslugi portalı üzərindən istifadəyə veriləcək.
Banklar və şirkətlər üçün isə əlavə məhsul və xidmətlərin məcburi şəkildə təklif edilməsinə görə tətbiq olunan cərimələr artırılıb.
Bundan əlavə, 19 aprel nasist işğalı dövründə sovet xalqına qarşı törədilmiş soyqırımı qurbanlarının Anım Günü kimi rəsmi təqvimə daxil edilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:103
Bu xəbər 30 Dekabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















