Qanunsuz ağac kəsən və ov edənlər saxlanıldı Yeni Çağ Media
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zərdab Rayon Polis Şöbəsinin və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Məlikli kəndi ərazisində qanunsuz olaraq ağac kəsən A.İsmayılov və K.Mahmudov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, araşdırmalarla onların 5 ədəd yaş gövdəli ağacı kəsərək təbiətə 6 min manat ziyan vurduqları müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmçinin rayonun Otmanoba kəndi ərasizində qanunsuz ov edən Ə. Rüstəmov və S.Müslümov da saxlanılıb. Həmin şəxslərdən ov tüfəngləri, patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkar edilərək götürülüb.
Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















