Icma.az
close
up
RU
Qanunsuz mərc oyunlarına görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olundu

Qanunsuz mərc oyunlarına görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olundu

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı müəyyən edilib. 
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparılır və Agentliyə daxil olan müraciətlər araşdırılır. 
Məlumat üçün qeyd edək ki, ötən dövr ərzində bir sıra rəqəmsal platforma təsirçiləri (influenser) tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirilməsi ilə bağlı Agentliyə 5 müraciət daxil olub. Aparılan araşdırmalar nəticəsində sözügedən rəqəmsal platforma təsirçilərinin (influenser) sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı aşkar edilib. 
Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub. 
Bununla əlaqədar, 5 fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi üzrə inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib. 
Qeyd edək ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun 32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Yuxarıda qeyd olunmuş qanunsuz reklamların yayımı ilə üzləşən şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri