Icma.az
close
up
RU
Qanunsuz miqrasiya ilə qlobal mübarizə hüquqi tələbdən siyasi təzyiqə çevirilib

Qanunsuz miqrasiya ilə qlobal mübarizə hüquqi tələbdən siyasi təzyiqə çevirilib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiya-Ukrayna müharibəsi dönəmində milyonlarla ukraynalı qaçqın Polşa, Rumıniya və Almaniyaya üz tutdu. Hətta Almaniyada məskunlaşan qaçqınlar üçün sosial yardım paketlərinin üç illik ayrılması barədə qərar verildi. Artıq üç il də tamam olmaqdadır. Amma ən azından hiss olunur ki, Polşada və Almaniyada qaçqınların uzunmüddətli dövlət hesabına bu formada saxlanılması arzuolunan hal deyil və bu siyasət əhali tərəfindən də tənqid olunmaqdadır. Hətta maddi cəhətdən güclü olan dövlətlərdə də bu narahatlıq müxtəlif formada özünü büruzə verməkdədir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında da qanunsuz miqrantlarla mübarizə barədə səslənən fikirlərin məntiqi nəticəsi olaraq, daha bir sərt siyasətin yürüdüləcəyini təxmin edə bilərdik, amma bu siyasət varsa da, gözlənildiyi kimi genişmiqyaslı deyil.

Azər Allahverənov

“Burada müəyyən narazılıqlar ola bilər. Bəzi hallarda insan hüquqları ilə üst-üstə düşməyən məqamlar və digər məsələlər hökumətləri daha sərt addım atmaqdan çəkindirir. İstənilən halda dövlətlər qaçqın və sığınacaq axtaran şəxslərlə bağlı olan problemlərdən qurtulmaq istəyir. Buna görə də bəzən daha sərt siyasət yürütmək məcburiyyətində qalır”-deyə deputat bildirib.

Azər Allahverənov hesab edir ki, hansı dövlət miqrant probleminə qarşı sərt siyasət yürütmək istəyirsə, qısa vaxt ərzində bu niyyətindən çəkinir.

“Bu mövzuda sərt siyasət daha ağır fəsadlara gətirib çıxara bilər. Məsələn; Rusiyanın özündə də qanunsuz miqrasiya ilə mübarizə tamamilə başqa bir istiqamətlərdə özünü qabarıq büruzə verməyə başladı. Hüquq kənarda qaldı. Bu da daha çox cəmiyyətdə mövcud olan hansısa miqrantofob, irqçilik, ayrı-seçkilik üzərində köklənən hisslərin daha açıq şəkildə görünməsinə zəmin yaratdı. Yəni sırf hüquqi nöqtey-i nəzərdən qanunsuz miqrasiya ilə mübarizə aparmaq fikri irəli sürülsə də, nəticədə biz gördük ki, burada tamamilə başqa siyasi məqsədlər üzrə sərt siyasətin yürüdülməsində maraqlı olan qüvvələr hegemonluq etməyə başladı. Bu vəziyyət irimiqyaslı miqrant axını olan ölkələr üçün müəyyən problemlərə yol açan bir haldır və dövlətlər çalışırlar ki, hər zaman özlərini bu kimi proseslərdən sığortalasınlar”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri