Icma.az
close
up
RU
Qanunsuz ov və təbiətə müdaxilə halları nə qədər yayılıb? EKOLOQ DANIŞDI

Qanunsuz ov və təbiətə müdaxilə halları nə qədər yayılıb? EKOLOQ DANIŞDI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Müasir dövrdə ətraf mühitin qorunması və bioloji müxtəlifliyin saxlanması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir. Lakin buna baxmayaraq, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qanunsuz ov və təbiətə müdaxilə halları ekosistemlərə mənfi təsir göstərən aktual problemlərdən biri olaraq qalır".

Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, bu hallar təkcə ayrı-ayrı heyvan növlərinin azalmasına deyil, bütövlükdə təbii tarazlığın pozulmasına səbəb olur: "Qanunsuz ov dedikdə ov qaydalarının pozulması, qadağan olunmuş ərazilərdə ovlanma, ov mövsümündən kənar ov fəaliyyəti və nadir heyvan növlərinin tutulması nəzərdə tutulur. Xüsusilə nəsli kəsilmək təhlükəsi altında olan növlərin ovlanması ekoloji baxımdan ciddi risk yaradır. Bu cür fəaliyyət nəticəsində bəzi heyvan növlərinin sayı sürətlə azalır, qida zənciri pozulur, biomüxtəliflik zəifləyir və ekosistemlərin dayanıqlığı aşağı düşür. Nəticədə isə təbiətin özünü bərpa etmə qabiliyyəti zəifləyir.

Azərbaycanda qanunsuz ov halları əsasən dağlıq və meşəlik ərazilərdə, həmçinin su hövzələrində müşahidə olunur. Xüsusilə köçəri quşların ovlanması və nadir balıq növlərinin tutulması kimi hallar zaman-zaman qeydə alınır. Bəzi hallarda ov mövsümündən kənar ov edilir, xüsusi mühafizə olunan ərazilərdə qanunsuz fəaliyyət aparılır, “Qırmızı kitab”a daxil olan növlər ovlanır və Xəzər dənizində qanunsuz balıq ovu həyata keçirilir. Bu hallar yalnız fauna üçün deyil, həm də su və torpaq ekosistemləri üçün mənfi nəticələr doğurur.

Qanunsuz ovla yanaşı, təbiətə müdaxilə digər istiqamətlərdə də özünü göstərir. Məsələn, qanunsuz ağac kəsimi, nadir bitki növlərinin toplanması, qoruq ərazilərində qanunsuz fəaliyyət və tullantıların təbiətə atılması bu müdaxilələrə daxildir. Bu cür fəaliyyətlər uzunmüddətli perspektivdə torpaq eroziyasına, su ehtiyatlarının azalmasına və iqlimə təsirlərin artmasına səbəb ola bilər.

Rəsmi məlumatlara görə, ölkədə hər il qanunsuz balıq ovu ilə bağlı yüzlərlə fakt qeydə alınır. Aparılan monitorinqlər zamanı müxtəlif illərdə keçirilən reydlər nəticəsində yüzlərlə patronun və qanunsuz ovlanmış heyvanların müsadirə edildiyi, çoxsaylı şəxslərin məsuliyyətə cəlb olunduğu müəyyən edilib. Qanunsuz ov və təbiətə müdaxilə hallarının yaranmasına təsir edən əsas amillər sırasında ekoloji maarifləndirmənin yetərli olmaması, bəzi bölgələrdə nəzarətin zəifliyi, iqtisadi maraqlar və gəlir əldə etmək məqsədi, qanunvericiliyin tələblərinə əməl edilməməsi, eləcə də ekoloji məsuliyyət hissinin zəif olması dayanır. Bu amillər birgə şəkildə problemin davamlı xarakter almasına səbəb olur.

Qanunsuz ov halları genişmiqyaslı kütləvi proses kimi görünməsə də, sistemli şəkildə davam edən və ciddi ekoloji risk yaradan problemlərdən biri hesab olunur. Bu problemin aradan qaldırılması üçün ictimai nəzarətin artırılması, ekoloji təhsilin gücləndirilməsi, yerli icmaların mühafizə prosesinə cəlb edilməsi, cərimə və inzibati tədbirlərin sərtləşdirilməsi, eləcə də alternativ məşğulluq imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə gənc nəsildə ekoloji mədəniyyətin formalaşdırılması bu istiqamətdə mühüm rol oynayır.

Qanunsuz ov və təbiətə müdaxilə halları bioloji müxtəlifliyin qorunması baxımından ciddi təhlükə yaradır. Bu problemin aradan qaldırılması yalnız dövlət qurumlarının deyil, həm də cəmiyyətin bütün üzvlərinin birgə səylərini tələb edir. Təbiətin qorunması hər bir insanın məsuliyyətidir və bu istiqamətdə atılan hər bir addım gələcək nəsillərin sağlam mühitdə yaşamasına xidmət edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see585

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see533

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see376

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see283

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see255

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see254

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see247

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see246

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see245

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see222

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see220

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see220

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see217

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see214

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see214

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see213

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see212

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see211

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri