Icma.az
close
up
RU
Qanunsuz silah gəzdirib narkotik satan dəstə üzvlərindən YENİ XƏBƏR

Qanunsuz silah gəzdirib narkotik satan dəstə üzvlərindən YENİ XƏBƏR

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qanunsuz odlu silah və döyüş sursatı gəzdirməkdə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən dəstə üzvləri Xan Paşayev və Adəm İsmayıllınin cinayət işinin bəzi detalları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhərində anadan olan Paşayev Xan Vaqif oğlu qanunsuz döyüş sursatları hesab edilən, zavod üsulu ilə istehsal olunmuş 1 ədəd partladıcısı ilə birlikdə F-1 tipli əl qumbarası, soyuq silah hesab edilən 1 ədəd dəyənək və 1 ədəd bıçağı və əl qumbarasını idarə etdiyi avtomobildə, bıçağı isə üzərində Bakının Nizami rayonu ərazisinə gətirib. 

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyiəməliyyat-axtarış tədbiri nəticəsində o, 2023-cü il dekabrın 21-də saxlanılıb.

Onun üzərində şəxsi axtarış və götürmə zaman çiynində olan qara rəngli dəri çantadan soyuq silah hesab edilən, 1 ədəd ov bıçağı, avtomobilə baxış keçirilən zaman arxa yük yerindəki çantanın içərisindən soyuq silah hesab edilən, 1 ədəd dəyənək, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli al qumbarasının gövdəsi və həmin gövdə ilə komplektləşdirildikdə döyüş sursatı hesab edilən, F-1, RQD-5 və RQ-42 tipli al qumbaralarının partladıcısı olan 1 ədəd “UZRQM" tipli partladıcı aşkar edilərək götürülüb.

Bundan başqa, o, tanışı Adəm İsmayıllı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in ilk siyahısına daxil olan külli miqdarda 10,173 qram psixotrop maddə metamfetamini, 1,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və "Güclü təsir edən maddələrin və onların külli
miqdarının siyahısı"na daxil olan - ümumi miqdarı 1,8 qram olan 6 ədəd preqabalin kapsulunu satış məqsədi ilə qanunsuz olaraq əldə edib
satışa hazırlamaq üçün aralarında bölüblər. Daha sonra onlar narkotik vasitələr və psixotrop maddələri üzərində saxlamaqla paytaxtın Nizami
rayonu ərazisinə gətirib. 

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hər iki şəxs saxlanılıb. Onların üzərinə şəxsi axtarış zamanı həmin narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülüb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 228.1, 228.4 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) , 
234.4.1, 234.4.3 (narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi) və 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri