Qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlandı FOTOLAR
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilir.
"Unikal" xəbər verir ki, növbəti tədbirlər zamanı polis əməkdaşları İsmayıllı rayonunun Mücühəftəran, Qəbələ rayonunun Mirzəbəyli, Hacıalılı kəndləri və Nic qəsəbəsi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar ediblər.
Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına və qanunsuz kömür istehsal etdiyinə görə 4 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bundan başqa Qəbələ şəhəri ərazisində məişət tullantılarını urnalardan kənara atdığına görə 1 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Mart 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















