Icma.az
close
up
RU
Qanunvericilik sərtləşir, deportasiya artır

Qanunvericilik sərtləşir, deportasiya artır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın miqrasiya siyasəti yüz minlərlə azərbaycanlını da narahat edir

Rusiya miqrasiya siyasətində yeni mərhələyə qədəm qoyub. Son aylar hüquq-mühafizə orqanlarının keçirdiyi reydlər, qəbul edilən yeni qanunvericilikdə dəyişikliklər və statistika göstərir ki, Kreml qanunsuz miqrasiyaya qarşı mübarizəni sərtləşdirib. Moskva vilayətində keçirilən “Qeyri-qanuni–2026” əməliyyatı da bu siyasətin nəticələrini nümayiş etdirir. Əməliyyat çərçivəsində miqrantların hüquqi statusu, əmək fəaliyyəti və qeydiyyat məsələləri üzrə nəzarət tədbirlərinin gücləndirildiyi diqqət çəkir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 10 gün ərzində keçirilən reydlər zamanı 320 xarici vətəndaş polis şöbələrinə gətirilib. Onlar barəsində, ümumilikdə, 463 inzibati protokol tərtib olunub. Protokollar əsasən Rusiyada qalma rejiminin və müddətlərinin pozulması, qanunsuz əmək fəaliyyəti, eləcə də miqrasiya qanunvericiliyinin təkrar pozulması faktları ilə bağlı rəsmiləşdirilib. Qanunu pozan hər bir şəxsə 4 mindən 40 min rubladək inzibati cərimə tətbiq edilib. 222 əcnəbi ölkəni tərk edəcək. Daha 3 nəfər isə ölkədən çıxarılma proseduru çərçivəsində Əcnəbi Vətəndaşların Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdiriləcək.

Yoxlamalar əsasən tikinti obyektlərində, ticarət obyektlərində, həmçinin avtomobil və ictimai nəqliyyatda sürücü və sərnişinlər arasında aparılıb. Moskva vilayətində keçirilən bu əməliyyat daha geniş miqrasiya nəzarəti siyasətinin yalnız bir hissəsidir. Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk altı ayında Moskva vilayətində miqrantların yaşadığı ərazilərdə və işlədikləri obyektlərdə 39 min yoxlama keçirilib. Bu tədbirlərin nəticəsində 33,5 min xarici vətəndaşın deportasiyası və ya ölkədən çıxarılması barədə qərar qəbul olunub. Daha 49 min nəfərin isə Rusiyaya girişinə məhdudiyyət qoyulub.

Bundan əlavə, 2 mindən çox əcnəbi saxta qeydiyyatdan çıxarılıb, 11 min nəfərin isə Rusiyada müvəqqəti qalma müddəti qısaldılıb. Bu rəqəmlər göstərir ki, miqrasiya qaydalarının pozulmasına qarşı tətbiq olunan tədbirlər yalnız inzibati cərimələrlə məhdudlaşmır və ciddi hüquqi nəticələrə səbəb olur.

Rusiyada əcnəbilər arasında ən çox rast gəlinən pozuntular ölkəyə giriş və ölkədəqalma qaydaları, əmək fəaliyyəti və qeydiyyat tələbləri ilə bağlıdır. Müəyyən edilmiş müddətdən artıq qalmaq, məcburi daktiloskopik qeydiyyatdan və tibbi müayinədən keçməmək, patent və ya rəsmi əmək müqaviləsi olmadan işləmək hüquqi məsuliyyət yaradan əsas hallardandır.

Miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində növbəti addım isə Rusiya Dövlət Dumasının qəbul etdiyi yeni qanun layihəsi olub. Sənəd qüvvəyə mindikdən sonra əcnəbilərin ölkədən çıxarılmasına əsas yaradan inzibati xəta maddələrinin sayı 22-dən 45-ə yüksələcək.

Qanun layihəsində həmçinin qanun pozuntularına görə cərimələrin artırılması da nəzərdə tutulur. Bütün bu addımlar göstərir ki, Rusiya miqrasiya siyasətini daha sərt və mərkəzləşdirilmiş nəzarət modeli istiqamətində formalaşdırır. Yeni yanaşmanın əsas məqsədi yalnız qanunsuz miqrasiyanın qarşısını almaq deyil, həm də ölkədə yaşayan əcnəbilərin hüquqi statusuna, əmək fəaliyyətinə və davranışına nəzarəti gücləndirməkdir.

Yeni qaydalar Rusiyadakı azərbaycanlılar üçün nə vəd edir? Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ən çox bu ölkədə yaşayan və çalışan əcnəbiləri, o cümlədən yüz minlərlə azərbaycanlını narahat edir. Azərbaycan vətəndaşlarının çoxu ticarət, tikinti, logistika, xidmət sektoru və fərdi sahibkarlıq sahələrində fəaliyyət göstərir. Məhz son reydlərin əsasən bu sahələri əhatə etməsi risklərin artdığını göstərir. Deməli, hüquqi statusunda hər hansı problem olan şəxslər üçün vəziyyət əvvəlkindən daha həssas olacaq. Sənədlərin vaxtında yenilənməməsi, əmək müqaviləsinin rəsmiləşdirilməməsi, qeydiyyat ünvanı ilə faktiki yaşayış yerinin üst-üstə düşməməsi və ya tətbiq olunmuş inzibati cərimələrin ödənilməməsi artıq ciddi hüquqi nəticələrə gətirib çıxaracaq.

Bununla belə, qanuni əsaslarla Rusiyada yaşayan və miqrasiya qanunvericiliyinin tələblərinə əməl edən Azərbaycan vətəndaşları üçün yeni qaydalar avtomatik risk yaratmır. Lakin nəzarətin gücləndirilməsi hər kəsdən sənədlərinə və hüquqi statusuna daha məsuliyyətlə yanaşmağı tələb edir.

Siyasi şərhçi İlqar Hüseynli XQ-yə bildirdi ki, Moskvanın son addımları yalnız qanunsuz miqrasiyaya qarşı mübarizə ilə məhdudlaşmır. Onun sözlərinə görə, Rusiya miqrasiya axınlarını daha ciddi nəzarət altına almağa çalışır və bu məqsədlə həm qanunvericiliyi sərtləşdirir, həm də nəzarət mexanizmlərini təkmilləşdirir: “Son illər təhlükəsizlik məsələləri, əmək bazarının tənzimlənməsi və rəqəmsal qeydiyyat sisteminin genişləndirilməsi Rusiya dövlətinin əsas prioritetlərindən birinə çevrilib. Artıq miqrantların hüquqi statusu elektron məlumat bazaları vasitəsilə operativ şəkildə yoxlanılır və qanun pozuntuları əvvəlkindən daha tez aşkarlanır”.

Ekspertin sözlərinə görə, dəyişikliklər yalnız miqrantlara deyil, işəgötürənlərə də ciddi təsir göstərəcək: “Əməliyyat zamanı yalnız miqrantlar deyil, onları qanunsuz şəkildə işə cəlb edən şəxslər də hədəfə alınır. Son 10 günlük reydlərdə 90 işəgötürən inzibati məsuliyyətə cəlb edilməsi bundan xəbər verir. Bundan əlavə, xarici vətəndaşların Rusiya ərazisində qanunsuz yaşamasını təşkil edən üç nəfər saxlanılıb. Onlar barəsində Rusiya Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cinayət işi başlanıb. Qanunsuz miqrantları işə cəlb edən şirkətlər və sahibkarlar daha yüksək cərimələr, bəzi hallarda isə əlavə inzibati və hüquqi məsuliyyətlə üzləşəcəklər”.

İlqar Hüseynli qeyd etdi ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşları xüsusilə qeydiyyat ünvanının faktiki yaşayış yeri ilə uyğun olmasına, əmək müqaviləsinin və ya patentin qüvvədə saxlanılmasına, miqrasiya sənədlərinin vaxtında yenilənməsinə, məcburi tibbi müayinə və daktiloskopik qeydiyyat tələblərinin yerinə yetirilməsinə, eləcə də inzibati cərimələrin vaxtında ödənilməsinə diqqət yetirməlidirlər.

Ekspertin fikrincə, Rusiyanın son qərarları göstərir ki, ölkə miqrasiya siyasətində daha sərt və mərkəzləşdirilmiş idarəetmə modelinə keçir: “Deportasiya əsaslarının genişləndirilməsi, kütləvi reydlər və elektron nəzarət sistemlərinin tətbiqi miqrantlardan qanunvericiliyin bütün tələblərinə ciddi əməl etməyə məcbur edir. Bu baxımdan Rusiyada yaşayan azərbaycanlılar üçün əsas mesaj aydındır: hüquqi statusun qorunması, bütün sənədlərin qaydasında olması və miqrasiya qaydalarına dəqiq riayət edilməsi əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Çünki vaxtilə yalnız inzibati cərimə ilə nəticələnən bəzi pozuntular indi deportasiya, Rusiyaya giriş qadağası və ya yaşayış hüququnun itirilməsi kimi ağır hüquqi nəticələrə səbəb olur”.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri