“Qapıçını irəli göndərən mən idim” Fərid Namazov
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının VI turunda səfərdə “Sabah”a 1:3 hesabı ilə uduzan “İmişli”nin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Əvvəla, “Sabah”ı təbrik edirəm və Çempionlar Liqasındakı çətin yolda onlara uğurlar arzulayıram. Onların liqanın ən sürətli futbol oynayan kollektivi olduğunu bilirdik. Maksimal dərəcədə hücumların qarşısını almağa, daha kompakt müdafiə olunub əks-hücumlarda rəqibi tutmağa çalışırdıq. İlk yarıda düşündüklərimizi edə bildik, lakin konsentrasiya əskikliyindən uzaq məsafədən vurulan zərbələrlə 2 qol buraxdıq. İkinci hissədə isə topa daha çox nəzarət etməyə çalışdıq. Rəqibin kimliyindən asılı olmayaraq, öz oyun planımızdan imtina etmək istəmirik. Önümüzdəki milli fasilə bu sistemi oturtmaq üçün xeyrimizə olacaq.
– Praqmatik futboldan uzaq olmaq nəticə baxımından problem yaratmayacaq ki? Rəhbərliyin buna səbri çatacaq?
– Bir struktur və sistem yoxdursa, 20 tur da keçsə nəticə olmayacaq. İndinin özündə belə, hücum planında müəyyən irəliləyişlər var. Hər kəs nəticə istəyir, lakin plansız və təsadüfi işlə uğur qazanmaq mümkün deyil. Komandanın verdiyi reaksiya gələcəyə ümid verir.
– Qapıçı Sadiq Məmmədzadə həm avtoqolla yadda qaldı, həm də son epizodda qapını tərk edərək buraxılan qolda pay sahibi oldu. Qapıçı mövqeyi ilə bağlı hansısa tədbir görəcəksiniz?
– Son iki turda Sadiq Məmmədzadə oynayır, ondan öncə isə Yusif İmanov şans alırdı. Biri A millinin namizədi, digəri isə U-21-in əsas qapıçısıdır. İlin sonuna qədər bu rotasiyaya gedəcəyik ki, hər ikisi tonusda qalsın. Sadiq avtoqol epizodunda zərbəni görməmişdi. Son dəqiqədəki qola gəlincə, qapıçını irəli göndərən mən idim. 2:1 uduzmaqla 3:1 uduzmaq arasında böyük bir fərq görmürəm. 92-ci dəqiqədə şansımız var idi və risk etməyə dəyərdi. Səhv yalnız Sadiqin deyil, əks-hücuma qarşı müdafiə strukturunu düzgün qura bilməyən bütün komandanındır.
– Epizod zamanı ilk əvvəl Sadiqə geridə qalmağı, sonra isə köməkçilərinizlə məsləhətləşib irəli getməyi tapşırdınız…
– Dəqiqəni tam bilmirdim, köməkçilərim matçın bitməsinə 1 dəqiqə qaldığını dedilər. Mən də fikirləşdim ki, bu riski almağa dəyər. Təkrar edirəm, problem Sadiqdə deyil, əks-hücuma hazırlıqsız olmağımızda idi.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Sentyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















