Qapıçıya sərt cəza futboldan 20 illik uzaqlaşdırıldı
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Çexiyalı qapıçı Marek Kalina danışılmış oyunlar və korrupsiya ilə bağlı sərt cəzalandırılıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, Çexiya Futbol Assosiasiyası 29 yaşlı futbolçunu 20 il müddətinə futboldan uzaqlaşdırıb və 500 min kron (təxminən 20,5 min avro) cərimələyib.
Kalina 5 il ərzində baş verdiyi müəyyənləşdirilən 11 epizod üzrə təqsirli bilinib. Ona assosiasiyanın təşkil etdiyi bütün tədbirlərdə iştirak etmək də qadağan edilib.
İntizam komissiyası qərar zamanı pozuntuların sayını, uzun müddət davam etməsini və digər sübutları nəzərə alıb. Etika Komitəsi isə hadisələrin sistemli şəkildə və maddi qazanc məqsədilə törədildiyini bildirib.
Qeyd edək ki, Kalinanın son klubu Çexiya çempionatının dördüncü divizionunda çıxış edən “Znoymo” olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















