Icma.az
close
up
RU
Qapıda olan müharibə hadisənin Yeni Delhiyə aparan izləri ŞƏRH

Qapıda olan müharibə hadisənin Yeni Delhiyə aparan izləri ŞƏRH

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistan-Pakistan münasibətlərində yeni böhran qlobal gərginlik yaradıb. Bir neçə gün əvvəl Cammu və Kəşmirin Pahalqam şəhəri ərazisində baş verən silahlı hücum iki ölkə arasında onsuz da xoş olmayan münasibətləri müharibə həddinə çatdırıb. Həmin hadisə nəticəsində 26 nəfər ölüb, 13 nəfər yaralanıb. Yayılan xəbərlərə görə, onların çoxu Hindistanın müxtəlif ştatlarının sakinləri, ikisi isə Birləşmiş Ərəb Əmirlikləri və Nepalın vətəndaşlarıdır.

Hindistan KİV-ləri və rəsmilər əsaslar göstərmədən, hücuma görə birmənalı şəkildə Pakistanı ittiham edib. O, rəsmi İslamabadı mənbəyini Çindən götürən Hind çayının (tibetcə Sengge Zangbo, çincə Yìndu He, pəncəbcə Sindh, puştunca Abasin, Qaşqay türklərinin Sindu Ögüz adlandırır) axın istiqamətini dəyişdirəcəyi ilə hədələmişdi.

Bundan başqa rəsmi Nyu-Delhi SAARC viza azadlığı sistemi ilə Hindistanda olan bütün Pakistan vətəndaşlarını 48 saat ərzində ölkədən çıxarıb. 1992-ci ildən tətbiq edilən bu viza imtiyazları sistemi yüksək vəzifəli məmurlar və hakimlərdən tutmuş jurnalistlər, idmançılar və iş adamlarına qədər 24 kateqoriyanı əhatə edir. Ancaq tətbiqdən sonra Pakistan vətəndaşlarının bu proqram üzrə ölkəyə girişi qadağan edilir və əvvəllər verilmiş bütün vizalar ləğv olunur.

Əlavə olaraq, Hindistan Pakistanın diplomatik nümayəndəliklərinin sayının azaldılacağını elan edib. 2025-ci il mayın 1-ə qədər hər iki ölkənin Ali Komissiyalarının heyəti 55-dən 30 əməkdaşa qədər azaldılacaq.

Nyu-Dehlidəki Pakistan nümayəndəliyində hərbi məsləhətçilər “persona non qrata” elan edilib. Onlar bir həftə ərzində Hindistanı tərk etməlidirlər. İslamabaddakı Hindistan missiyasında oxşar vəzifələr ləğv edilib, uyğun əməkdaşlar geri çağırılır. Həmçinin hər iki komissiyanın beş köməkçi işçisi işdən azad edilib.

Hindistan Pakistanı hədələyərək bildirmişdi ki, “Pakistan sərhədyanı terrorizmi dəstəkləməkdən imtina edənə qədər” Hind Suları Müqaviləsini dayandıracaq.

Bundan başqa Hindistan iki ölkə sərhədində yerləşən Attari keçid məntəqəsini bağlayıb.

Yerli hakimiyyət orqanları Cammu və Kəşmirdə yerləşən induizmin əsas müqəddəs yerlərindən biri olan Amarnath mağaralarına qarşıda duran böyük ziyarətlə bağlı narahatlıqlarını ifadə ediblər. Oranı ziyarət iyulun 3-də başlayıb, 38 gün davam edəcək. Mərasimdə on minlərlə zəvvarın iştirakı gözlənilir.

Hindistanın baş naziri Narendra Modi təhlükəsizlik konfransında deyib ki, ölkəsinin silahlı qüvvələrinə Kəşmirdəki hücuma cavab vermə üsulu, məqsədi və vaxtı ilə bağlı qərar qəbul etmək üçün “tam əməliyyat azadlığı” verilib. O, ölkəsinin “terrorçuluğa sarsıdıcı zərbə” vurmağa hazır olduğunu bəyan edərək, “silahlı qüvvələrin peşəkar imkanlarına dərindən inandığını” vurğulayıb.

Pakistan Hindistanın iddia etdiyi terror iddialarını rədd edir. Müdafiə naziri Xavaca Asif bildirib ki, bölgə ölkələri vəziyyətin gərginləşməsini azaltmaq üçün səy göstərirlər.

Pakistanın informasiya naziri Attaullah Tarar sosial şəbəkədəki səhifəsində yazıb ki, Hindistan 24-36 saat ərzində Pakistana hərbi zərbə endirmək niyyətindədir: “İstənilən təcavüz aktı qətiyyətli cavabla qarşılanacaq. Hindistan regionda baş verəcək hər hansı ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaq!”.

Marendra Modi hökumət başçısı olandan Hindistanda islamofob siyasəti yürüdülür. Onun başçılıq etdiyi Hindistan Xalq Partiyası (Bharatiya Canata Partiyası) ötənilki parlament seçkilərində qalib gələndən sonra hakimiyyətin bu istiqamətdə fəaliyyəti daha da sərtləşib. Rəsmi Nyu-Delhinin müsəlmanlara qarşı yürütdüyü siyasət faşist hərəkətlərini xatırladır.

Ötən il Cammu və Kəşmirin statusunun ləğv edilməsi də bunu təsdiqləyir. Ölkənin Ali Məhkəməsi bu qanunun dəstəkləməklə Narendra Modinin müsəlmanlara qarşı diskriminasiyasına daha bir hüquqi don geyindirib. Konstitusiyada ştatın xarici işlər, müdafiə və kommunikasiyalar istisna olmaqla, bütün başqa məsələlərdə öz qanunlarını tətbiq etməyə imkan verən maddələr var idi. Modi partiyasındakı və ətrafındakı milliyyətçi, antiislam qüvvələrin maraqlarını təmin etmək üçün konstitusiyadakı bu azadlığa son qoymaqla vədinə əməl edib.

Ali Məhkəmənin qərarı Cammu və Kəşmir probleminin birtərəfli qaydada həllini nəzərdə tutur. Hindistanın qonşu dövlətlərin maraqlarını nəzərə almadan atdığı bu addım regionda üç dövlətin silahlı toqquşmasına səbəb ola bilər. Qeyd edək ki, Çinlə Hindistan arasında Ladakla yanaşı, başqa mübahisəli ərazilər də qalmaqdadır. Tərəflər bu problemi silah yolu ilə həll etməyə müyəssər olmayıb. Odur ki, onlar arasında bu istiqamətdə müharibə istənilən an baş verə bilər.

Bundan başqa, Modinin rəhbəri olduğu partiyanın çoxluq təşkil etdiyi Hindistan parlamenti hələ 2020-ci ildə Pakistan, Banqladeş və Əfqanıstandan olan mühacir dini azlığın nümayəndələrinə vətəndaşlığın verilməsinə dair qanun qəbul etmişdi. Həmin sənəddə buddist, xristian, indus, cayn, fars və sikhlərin nümayəndələrinə vətəndaşlığın verilməsi nəzərdə tutulub. Müsəlmanların adının göstərilməməsi isə onlara qarşı diskriminasiya sayılır.

Odur ki, rəsmi Yeni Delhinin yürütdüyü siyasət nəticəsində antimüsəlman hərəkatı güclənib. Ölkədən mühacirət edən müsəlmanların sayı artıb. Ötənilki məlumatlara əsasən, Hindistanda 202 milyon, yaxud əhalinin 14,4 faizini müsəlmanlar təşkil edir. Onların sayının artmasının qarşısını almaq məqsədi ilə Modi hökuməti müxtəlif məhdudlaşdırıcı tədbirlər həyata keçirir.

Rəsmi İslamabadın rədd etdiyi “terroru” kim, yaxud hansı qrup törədib? Hindistanın yürütdüyü islamofob siyasət əsasən, bu hadisənin törədilməsində rəsmi Yeni Delhinin də əlinin olduğu ehtimalı da istisna edilmir. Çünki Cammu və Kəşmir bölgəsində hərbi kontingenti artırmaq, regionda elan ediməsindən asılı olmayaraq hərbi rejim yaratmaq, Hindistanın yürütdüyü diskriminasiya siyasəti ilə razılaşmayanlara qarşı repressiyanı gücləndirmək məqsədi ilə məlum hadisəni törədə bilər.

Hindistan bunun ardınca da dünyaya Pakistanın Cammu və Kəşmirdə “terror hücumu” etməsinə dair hay-küy salaraq, rəsmi İslamabada təzyiq kimi Hindu çayının axınını dəyişib. Bununla da məsuliyyəti özündən uzaqlaşdıraraq Pakistanın günahlandırılmasına nail olmağa çalışır.

Odur ki, çayın istiqamətini dəyişməklə İslamabadı müharibəyə və başqa münaqişəyə təhrik edir. Çünki tərələr arasında imzalanan müqaviləyə əsasən, Hind çayının İslam Respublikasına çatmasının qarşısının alınması Hindistanın Pakistana müharibə elan etməsi kimi dəyərləndirilir.

Hindistan ABŞ-Pakistan və ABŞ-Çin münasibətlərində yaranmış gərginliklərdən də yararlanmaq üçün bu “terror oyununu” təşkil edə bilər.

Bunun üçün əsası da yox deyil. Son 30 ildə islam adı altında çoxsaylı terror qruplaşmaları yaradılıb. Onlardan bir sıra hallarda böyüklü-kiçikli bir sıra dövlətlər proksi qüvvə kimi istifadə edib. Odur ki, Hindistanın Pakistan İslam Respublikasına qarayaxmaqla, bu kimi məsələlərdən yararlanması üçün fürsət yaranıb.

Ancaq Pakistanın hadisənin törədilməsinə əlinin olmadığını açıqlayandan sonra Hindistan və onu dəstəkləyənlərin ən doğru addımı ikitərəfli, birgə komissiya yaradılması olardı. Hadisəyə aydınlıq gətirmək olardı. Lakin bu baş vermir. Əksinə, Modi silahlı qüvvələrinə müharibəyə dair sərbəst qərar qəbul etmək üçün azadlıq verib.

Tərəflər arasında üç böyük müharibə baş verib: Birinci, Hindistan-Pakistan müharibəsi (Birinci Kəşmir müharibəsi 1947-1949 illərdə); İkinci, Hindistan-Pakistan müharibəsi (İkinci Kəşmir müharibəsi - 1965); üçüncü müharibə (1971-ci ildə olub). Bu, Banqladeşin müstəqilliyi uğrunda müharibə ilə əlaqəlidir.

Bununla yanaşı, 2001-2002, 2008, 2011, 2013, 2014-2015, 2016-2018, 2019-cu illərdə tərəflər arasında sərhəd münaqişəsi baş verib.

Hindistan bəhs etdiyimiz hadisənin ölkələr arasında su müharibəsi ilə davam etməsinə çalışır.

Ancaq Yeni Delhinin son illərdə apardığı və reallaşdırdığı siyasət onun Cammu və Kəşmirlə bağlı məsələni birdəfəlik həll etmək istədiyini ehtimal etməyə əsas var. Necə deyərlər: “Ayının min oyunu var, bir armudun başında”.

Hindistan mühacir müsəlmanları sıxışdırır, onlara vətəndaşlıq verilməməsi üçün maneələr yaradır, Cammu və Kəşmirin statusunun ləğvini, Pakistanın susuz qoymaqla hədələyir, Ermənistanı silahlandırır, onunla əlaqələri genişləndirməklə anti-islam mövqeyini gizlətmir. Ona görə Pakistanın dostlarını, o cümlədən Türkiyənin İslam Respublikasına “silah verməsinə dair” şayiələr yayır. Türkiyənin Milli Müdafiə Nazirliyi bunu artıq təkzib edib.

Narendra Modi bununla həm də anti-Türkiyə qüvvələri də öz tərəfinə çəkməyə səy göstərir.

Beləliklə, Hindistan-Pakistan müharibəsi qapıdadır. Cammu və Kəşmirdəki hadisənin izləri isə Romaya deyil, Yeni Delhiyə aparır.

Sədrəddin Soltan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Aprel 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri