Icma.az
close
up
RU
Qapını açan olmadı deyə arvadını döydü TƏFƏRRÜAT

Qapını açan olmadı deyə arvadını döydü TƏFƏRRÜAT

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daşkəsən rayonunda 1991-ci il təvəllüdlü Aqil həyat yoldaşı Sevilə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Aqil birgə yaşadıqları evin həyətində həyat yoldaşı Sevil ilə mübahisə edib. Mübahisə zamanı Sevilin ağız nahiyyəsindən, həmçinin bədəninin müxtəlif nahiyyələrindən yumruqla vurub. Nəticədə ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailəsi ilə birlikdə Daşkəsən rayonunun kəndində yaşayır:
“Sevil ilə 14 ildir ki, ailə həyatı qurmuşam. Birgə nigahımızdan üç uşağımız anadan olub. Həyat yoldaşım evdar xanımdır. Hadisə baş verməzdən təqribən bir həftə əvvəl qohumlarımiz bizə qonaq gəldi. Mən evdə olan müddətdə birlikdə rayon ərazisinə gəzmək üçün getdik”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü işi olduğundan arvadı qohumları ilə gəzməyə tək gedib: “Evə qayıdan zaman evin qapısının bağlı olduğunu və açarında həmişəki yerdə olmadığını gördüm. Evin həyətində olan zaman arvadım qohumlarım ilə birlikdə evə gəldi. Arvadımdan təklikdə olan zaman açarı niyə mənim üçün saxlamadığını soruşdum. O, isə açarın həmişəki yerdə olduğunu dedi. Bu səbəbdən yaşadığımız evin həyətində mübahisəmiz yarandı. Mübahisə zamanı arvadım tərəfindən mənə qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşdim, onun ağız nahiyyəsindən yumruqla, həmçinin bədəninin müxtəlif nahiyyələrindən şillə, yumruqla vurdum”.
Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə Aqil 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsə yaşadığı Gəncə şəhərində yerləşən yaşayış evini cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməsi, həmçinin Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona həmin dövrdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2026 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri