Qar və güclü çovğun Qobustanda yol qəzalarına səbəb olub AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Qobustan, 14 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Yağan qar və güclü çovğun Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində yol qəzalarına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, buzlaşmanın olduğu ərazilərdə hərəkət edən bəzi avtomobillər idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Qəzalar zamanı ölən və xəsarət alanlar olmasa da, avtomobillərə zərər dəyib.
Yolların qardan təmizlənməsi üçün səhər saatlarından əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi səfərbər olub. Hazırda yolun buz və qardan təmizlənməsi üçün 4 nömrəli Magistral Yol İstismarı MMC-nin əməkdaşları fasiləsiz xidmət aparırlar.
Hazırda bölgədə qar yağmasa da, şaxtalı hava müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















