Qar yağacaq, yollarda təhlükə yaranacaq DYP XƏBƏRDARLIQ ETDİ VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanvarın 17-dən 22-dək Azərbaycan ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmaq tələb edilib.
"Başa çatmaqda olan həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir. Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdə qaçmamalıdır", - bildirilib.
O da vurğulanıb ki, DYP əməkdaşları aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər görür.
Bununla yanaşı, BDYPİ xüsusilə həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından - ələlxüsus şinləri yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edib.
Oxunub 74
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 17 Yanvar 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















